Accessibility links

Fransanın sabiq prezidenti haqqında təhqiqat işi başlayıb


Fransanın sabiq prezidenti Nikola Sarkozi dindirilmək üçün özü polis məntəqəsinə gedəndən sonra onun haqqında rəsmən təhqiqat başlanıb.

Cənab Sarkozi səlahiyyətindən istifadə edərək, onun 2007-ci ildə seçki kampaniyasına dair təhqiqatlara müdaxilə etməkdə şübhəli bilinir.

Prokuror bildirib ki, Fransanın sabiq lideri hakimdən təhqiqatlar haqda məlumatlar almağa çəhd göstərib.

Cənab Sarkozinin vəkili və hakimə qarşı rəsmən təhqiqatlara başlanıb.

Cənab Sarkozu bu gün özü Paris yaxınlığındakı Nanter şəhərinin polis məntəqəsinə gedib. İstintaqın başlıca məqsədi cənab Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyası üçün Liviyanın sabiq lideri Müəmmər Qəzzafidən pul alıb-almadlğını araşdırmaqdır.

Təhqiqatçılar sübut kimi cənab Sarkozinin telefon danışıqlarının səs yazılarını əldə edib.

Fransa mediası bildirir ki, tarixdə ilk dəfədir ki, Fransanın sabiq dövlət başçısı dindirilmək üçün saxlanılır.

Nikolas Sarkozi iddiaları rədd edir. 2012-ci ildə prezident Fransua Ollanda məğlub olandan sonra o, yenidən prezidentliyə namizədliyi irəli sürəcəyinə işarə etmişdi. Ancaq hazırki iddialar sabiq prezidentin bu addımının qarşısını ala bilər.

XS
SM
MD
LG