Accessibility links

Makronun kampaniyası seçkilərə iki gün qalmış haker hücumuna məruz qalıb


Cümə gecəsi Fransa prezidentliyinə əsas namizəd, mərkəzçi Emmanuel Makron məlumat yayıb ki, onun seçki kampaniyası “kütləvi və planlaşdırılmış” haker hücumuna məruz qalıb. Məlumata əsasən, Makronun seçki kampaniyası ilə bağlı yazışmalar və maliyyə sənədləri hakerlər tərəfindən ələ keçirilib və İnternetə sızdırılıb.

Makron kampaniyasının əməkdaşları bunun Fransa seçkiləri tarixində görünməmiş hadisə olduğunu deməklə yanaşı, minlərlə yazışmaların, mühasibatlıq məlumatlarının və digər sənədlərin sızdırılması faktının ölkədəki demokratik proseslərin destabilizasiyası məqsədi daşıdığını bildiriblər. Onlar, kampaniya sənədlərinin sızdırılmasının sonuncu ABŞ prezident seçkiləri zamanı baş verən haker hücumları ilə oxşarlığın da vurğulayıblar.

Sənədlər cümə günü axşam 39 yaşlı Makron və onun ifrat sağçı rəqibi Marin Le Penin seçki təşviqatlarını tamamladıqları zaman özünü EMLEAKS kimi təqdim edən şəxs tərəfindən sosial mediada paylaşılıb.

Fransa seçki qanunvericiliyə əsasən, cümə günü gecə saat 12-dən sonra namizədlərin təşviqatı dayandırılmalı və baş verən hadisələrə şərh və ya mövqe bildirilmələri qadağan edilir.

Cümə günü erkən saatlarda rəy sorğuları ilə bağlı yayılan məlumatlarda Makronun rəqibi üzərində üstünlüyü artmaqda idi. Məlumata görə, Avropa meylli keçmiş bankir və millətçi Le Penin rəy sorğularında aldıqları dəstək müvafiq olaraq 68 və 32 faiz idi.

WikiLeaks sənədlərin sızdırılması faktı ilə heç bir əlaqələri olmalarını desələr də, bütövlükdə 9 qiqabayt həcmdə olan sənədlərin məzmununu araşdırmağa başladıqlarını bildiriblər.

XS
SM
MD
LG