Accessibility links

Fransa və Hindistan atom elektrik stansiyası tikintisi ilə bağlı razılıq əldə ediblər

French President Emmanuel Macron waves to media as he shakes hand with Indian Prime Minister Narendra Modi before their meeting in New Delhi, India, March 10, 2018. Macron who is on a four-day state visit is expected to hold talks with Indian Prime Minist

Hindistan və Fransa şənbə günü Hind Okeanında naviqasiya azadlığını təminatı üçün yaxından əməkdaşlıq edəcəklərini elan etdilər. Bununla bərabər iki ölkənin liderləri arasında olan görüş nəticəsində Fransa şirkətinin Hindistanda böyük atom elektrik stansiyası tikintisinin sürətlənməsinə razılıq əldə edilib.

Fransa prezidenti Emmanuel Makron və Hindistan baş naziri Narendra Modi arasında Dehli şəhərində keçirilən danışıqlar zamanı müdafiə, təhlükəsizlik, texnologiya, fəza və əks-terrorizm sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

Cümə günü Dehliyə dörd günlük səfərə gedən Makron deyib ki, Fransa və Hindistan yaxın tərəfdaşlar olmalıdırlar.

Reuters agentliyinin xəbərinə əsasən, Makronun səfərinin birinci günü iki ölkə arasında dəyəri 16 milyard dollar ollar razılaşma əldə edilib.

Makron bildirib ki, çoxlu sayda Hindistan vətəndaşlarının Fransaya gəlib yeni ideyalar reallaşdırmaqlarını arzulayır. Əlavə edib ki, o Fransanın Hindistan üçün Avropada ən yaxşı tərəfdaşı olmasını istəyir.

XS
SM
MD
LG