Accessibility links

Türkiyə Fransanın kürd döyüşçüləri ilə danışıqlarda vasitəçilik təklifini qəzəblə qarşılayıb


Parisin Ankara və YPG Kürd döyüşçüləri ilə arasında danışıqlara vasitəçilik etməsi təklifi Türkiyə hökümətinin qəzəbinə səbəb olub.

Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bu addımın terrora dəstək olduğunu deyib. Prezident Rəcəb Tayyib Ərdoğan Parisin bu təklifini Türkiyəyə qarşı düşmənçiliyin nümayişi olduğunu bildirib.

Fransa prezidenti Emmanuel Makron vasitəçilik təklifi Suriya Müdafiə Qoşunlarının (SDF) nümayəndə heyəti ilə görüşdükdən sonra verib. YPG və onun siyasi qanadı olan PYD SDF-in əsas üzvləridir. Ankara YPG-ni Türkiyədə üsyan qaldıran PKK təşkilatı ilə əlaqədə olmaqda ittiham edir. Cümə günü beş nəfərin ölümü ilə nəticələnən Türkiyə təhlükəsizlik qoşunlarına edilən hücuma görə PKK cavabdeh olduğu bildirilib.

“Bizə vasitəçi lazım deyil. Nə zamandan bəri Türkiyə terror təşkilatı ilə bir masaya oturur? Bunu haradan çıxtdı? Siz terror təşkilatı ilə bir masaya otura bilərsiniz. Lakin Türkiyə Afrin kimi yerlərdə terror təşkilatlarına qarşı döyüşür.” – deyər Ərdoğan cümə günü dəstəkçiləri ilə görüş zamanı bildirib.

Vasitəçilik təklifi ilə bərabər Fransa prezidentinin verdiyi bəyanatda SDF-in İslam Dövlətinə qarşı döyüşlərinə yardım üçün sabit regionun yaradılmasına hazır olduqları bildirilib. Bəyanatda həmçinin SDF-in cihadçı qrupa qarşı döyüşlərdə verdiyi qurbanlara görə ehtiram ifadə edilib. Ankara isə öz növbəsində SDF-ı YPG Kürd döyüşçüləri ilə bir cəbhədə olmaqda ittiham edir.

XS
SM
MD
LG