Accessibility links

Fransa siyasi fəaliyyətinə görə cəza alan bütün şəxslərin azadlığa buraxılmasını istəyir


Fransa bayrağı
Fransa bayrağı

Fransa hökuməti Novruz bayramı ərəfəsində Azərbaycanda 148 məhkumun (jurnalistlər, siyasi fəallar və QHT üzvləri daxil olmaqla) əfv edilməsini alqışlayıb.

“Ümid edirik ki, bu jest öz siyasi fəaliyyətinə görə həbsdə olan və ya şərti cəza alan digər şəxslərin də azadlığa buraxılması ilə müşayiət olunacaq və bu, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümumi hərəkata xidmət edəcək”, Fransanın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Xatırladaq ki, martın 17-də Azərbaycan prezidenti 148 məhkumu, o cümlədən siyasi məhbus kimi tanınan 14 nəfəri əfv edib. Bundan başqa, jurnalist Rauf Mirqədirov Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun real cəzaçəkmə müddəti şərti cəza ilə əvəzlənib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG