Accessibility links

Fransada polislər tətil aksiyası keçirənlərin blokadasını yarmağa müvəffəq olub


Fransada polislər tətil aksiyası keçirənlərin blokadasını yarmağa müvəffəq olub
Fransada polislər tətil aksiyası keçirənlərin blokadasını yarmağa müvəffəq olub

Əməkçilər bir neçə gündür ki, neftayırma zavodunun həyətində düşərgə qurmaqla zavoda girişi kəsərək qaz idxalını dayandırıb

Fransa polisi Paris yaxınlığındakı iri neftayırma zavodunda ölkənin pensiya sistemində dəyişiklik etmək planına qarşı tətil aksiyası keçirən əməkçilərin blokadasını yarmağa müvəffəq olub. Rəsmilərin tapşırığını yerinə yetirməklə tətil aksiyası keçirənləri işlərinə qaytarmaq məqsədi ilə zabitlər bu gün səhər Grandpuits neftayırma zavoduna daxil olublar. Əməkçilər bir neçə gündür ki, neftayırma zavodunun həyətində düşərgə qurmaqla zavoda girişi kəsərək qaz idxalını dayandırıb ki, bu, da ölkə boyu qaz çatışmazlığına gətirib çıxarıb. Həmkarlar ittifaqları dünən pensiya islahatlarının əleyhinə keçirilən etiraz aksiyasını əlavə iki gün davam etdirməyə çağırıb.

XS
SM
MD
LG