Fransa xarici işlər naziri Laurent Fabius deyir ki, Suriya prezidenti Bəşar əl-Əsədin qüvvələrinin kimyəvi yaxud bioloji silahlardan istifadə etməsi Qərb qüdrətlərinin "nəhəng" reaksiyası ilə qarşılanacaq.
Cənab Fabius bazar ertəsi KİV-lərə verdiyi müsahibələrdə vurğulayıb ki, Qərb qüdrətləri arasında kimyəvi silahlara qarşı cavaba dair ümumi razılıq var.
Bu arada Beynəlxalq Qırmızı Xaç təşkilatının rəhbəri Suriyaya üçgünlük səfərə çıxıb. Səfər əsnasında onun cənab Əsəd və başqa Suriya rəsmiləri ilə görüşəcəyi gözlənilir. Qrup danışıqların Suriyada günü-gündən ağırlaşan humanitar vəziyyətə diqqət yetirəcəyini deyir.
BMT-Ərəb Liqasının yeni elçisi deyib ki, onda Suriya böhranınına həllinə dair "heç bir illuziya" yoxdur və o, bu ölkəyə sülh gətirmək tapşırığının nə qədər çətin olduğunu anlayır. Əlcəzair diplomatı Laxdar Brahimi sələfi Kofi Annanın üzləşdiyi maneələrin hələ də ortada olduğunu bəyan edib.