Accessibility links

İspaniya diktatoru Fransisko Frankonun qalıqları köçürülür


İspaniyanın sosialist hökuməti sabiq diktator Fransisko Frankonun məzarının açılması və qalıqların köçürülməsinə icazə veriləcəyini bəyan edib. Beləliklə, hüquqi mübarizələr və tənqidlərə son qoyula bilər.

Bazar ertəsi hökumətin açıqladığı bəyanatda deyilib ki, cəsədin qalıqları Madrid yaxınlığındakı mavzoleydən Frankonun ailəsinin dəfn edildiyi qəbiristanlığa köçürüləcək.

Qalıqlar 35 kilometrlik əraziyə vertolyotla daşınmalıdır. Qəbrin cümə axşamı günü açılması planlaşdırılıb.

İspaniyanı on illərlə idarə etmiş diktatorun irsi cəmiyyətdə mübahisə mövzusudur.

Bəyanatda əməliyyatın özəl mahiyyət daşıyacağı və yalnız Frankonun ailə üzvlərinin orada iştirakına icazə veriləcəyi bildirilib. Media qalıqların çıxarılmasını yalnız kənardan izləyə bilər.

Prosedura Frankonun ailəsinin etirazının nəzərə alınmamasına dair Ali Məhkəmənin hökmü ilə aylardır yubadıldıqdan sonra başlanır.

Müvəqqəti hökumət İspaniyada noyabr ayının 10-da keçiriləcək və baş nazir Pedro Sançesin tam səlahiyyəti ələ alacağına ümid etdiyi ümummilli seçkilərdən öncə bu prosedurun başa çatdırılmasına çalışır.

Franko İspaniyaya 1939-1975 illərdə rəhbərlik edib. O, hakimiyyətə İspaniyanın demokratik hökumətinə qarşı qiyama rəhbərlik edərək, 1936-cı ildə vətəndaş müharibəsinə yol açan inqilabdan sonra gəlib.

İspaniyada minlərlə insan onun 1975-ci ilin noyabr ayının 20-də vəfat etməsindən sonra uzun illər anım mərasimləri təşkil edib.

Frankonun populyarlığının azalmasna baxmayaraq, məzarın açılması diktatorun ailəsinin kəskin tənqidinə səbəb olub. İspaniyanın sağ cihan 3 partiyası və Katolik Kilsəsinin bəzi üzvləri bunu köhnə yaraların açılması kimi qiymətləndirib.

Qalıqlar 2007-ci ildə Tarixi Xatirə Qanununa əsasən və adsız məzarlarda dəfn edilən təxminən 100,000 Franko qurbanının haqqının ödənilməsi məqsədi ilə köçürülür.

Qanun Frankonun qalıqlarının həmin yerdə siyasi fiqur qalıqları kimi saxlanmasını qadağan edir.

XS
SM
MD
LG