Accessibility links

Faransua Olland: Hazırkı status-kvo qəbuledilməzdir


Tiêu binh của Quân đội Giải phóng Nhân dân Trung Quốc chuẩn bị đón tiếp Tổng thống Nigeria Muhammadu Buhari đến thăm bên ngoài Đại lễ đường Nhân dân ở Bắc Kinh, Trung Quốc.
Tiêu binh của Quân đội Giải phóng Nhân dân Trung Quốc chuẩn bị đón tiếp Tổng thống Nigeria Muhammadu Buhari đến thăm bên ngoài Đại lễ đường Nhân dân ở Bắc Kinh, Trung Quốc.

Oktyabrın 27-də Faransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək məqsədi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanı qəbul edib.

Yelisey sarayının rəsmi saytının məlumatına görə danışıqlarda ATƏT-in Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Məlumatda deyilir:

Bu Sammit Fransa prezidentinin bu il mayın 11-13-də Cənubi Qafqaza səfərinin davamı olaraq reallaşıb. Həmin səfər zamanı Fransua Olland Fransanın Minsk qrupunun həmsədri kimi atəşkəsin qüvvəyə minməsindən 20 il sonra münaqişənin sülh yolu ilə nizamlanması üçün vasitəçilik missiyasını davam etdirəcəyi barədə öhdəliyini bir daha təsdiqləyib.

Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü
Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü

Dağlıq Qarabağda bu yay çoxsaylı mülki insanlar da daxil olmaqla çoxsaylı itkilərə səbəb olan silahlı insidentlərin artması kontekstində, Paris Sammiti iki prezidentin birbaşa dialoqunun bərpasına imkan yaradıb, Azərbaycan və Ermənistan prezidentlərinin yerlərdə tərəflər arasında gərginliyin effektli şəkildə azaldılmasının vacibliyi qeyd edilib.

Ermənistan və Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişə zamanı itkin düşmüş şəxslər barədə məlumatların mübadiləsi ilə bağlı razılığa gəlib.

Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplərinə hörmət, Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təməl prinsipləri əsasında, danışıqlar yolu ilə davamlı həll istiqamətində səylərini aktivləşdirməyə çağırıb. O qeyd edib ki, hazırkı status-kvo qəbuledilməzdir.

Olland hər iki prezidenti siyasi iradə nümayiş etdirərək fikir ayrılıqlarını aradan qaldırmağa və ölkəsinin əhalisini sülhə hazırlamağa çağırıb. Fransa prezidenti irəliləyişə nail olmaq üçün hərtərəfli sülh sazişinin üzərində işə başlamağı təklif edib.

Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində yenidən görüşmək, o cümlədən dialoqu davam etdirmək barədə razılığa gəlib.

Şam yeməyi zamanı isə Fransua Olland və onun qonaqları Qafqaz regionunda durum və Fransa ilə əlaqələrin daha da inkişafı ilə bağlı müzakirələr aparıb”, Yelisey sarayının məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG