Accessibility links

Freedom House-un hesabatında Azərbaycan "azad olmayan" ölkələr sırasında yer alıb


Freedom House-un hesabatında Azərbaycan "azad olmayan" ölkələr sırasında yer alıb
Freedom House-un hesabatında Azərbaycan "azad olmayan" ölkələr sırasında yer alıb

Media hüquq müdafiəçisi olan təşkilat bildirir ki, bütün dünya boyu mətbuat azadlığı artıq səkkisinci ildir ki, məhdudlaşmaqda davam edir

Media hüquq müdafiəçisi olan təşkilat bildirir ki, bütün dünya boyu mətbuat azadlığı artıq səkkisinci ildir ki, məhdudlaşmaqda davam edir. Freedom House-un 2009-cu il üçün hazırladığı hesabatda Azərbaycan azad olmayan ölkə qismində 196 ölkə sırasında 172-ci yeri tutur. Azərbaycanla qonşu Ermənistan isə azad olmayan ölkə olaraq 146-cı yerdə, Gürcüstan isə qismən azad ölkə kimi 126-cı yerdə qərar tutub. Azərbaycanın daxil olduğu sabiq Sovet məkanındakı inkişaflara nəzər salan hesabatda qeyd olunur ki, kommunist istibdadı altında eyni keçmişi bölüşmələrinə baxmayaraq, Mərkəzi və Şərqi Avropa ölkələrinin göstəriciləri keçmiş Sovet respublikalarınkından xeyli fərqlənir. Mərkəzi Avropanın bütün ölkələri və Baltik dövlətləri Sovet dönəmində mətbuata nəzarət irsini arxada qoyaraq azad ölkə statusu qazanıblar. Bunun əksinə olaraq 12 sabiq Sovet respublikası arasında isə 10-u azad olmayan ölkələrdir. Bunlardan üçü – Belarus, Özbəkistan, və Türkmənistan ən pis göstəricilərə malik 10 ölkə sırasında yer almışdır. Xüsusi narahatlıq obyekti olan ölkələr sırasında isə Azərbaycan, Rusiya və Qazaxıstan qeyd olunur.

Dünya miqyasına gəldikdə, Freedom House ən çox geriləmələrin Latın Amerikası ölkələrində - ələlxüsus Ekvador, Venezuela, Meksiko, Honduras və Nikaraquada baş verdiyini açıqlayıb. ABŞ-da qərargahlanan qrup bildirib ki, Rusiya jurnalizm üçün dünyanın ən repressiv və ən təhlükəli atmosferlərindən biri olaraq qalır. Yaxın Şərqdə isə tənəzzül üzrə liderliyi İran nümayiş etdirib. Mətbuat azadlığı üzrə ən pis göstəricilər Belarus, Birma, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Liviya, Şimali Koreya, Türkmənistan və Özbəkistanaa məxsusdur. Hesabatda deyilir ki, mətbuat azadlıqları baxımından irəliləyiş əldə etmiş yeganə region Asiya-Sakit Okean hövzəsidir. Habelə ötən il Qəzzada üç həftəlik hücum əməliyyatlarının ardınca İsrail mətbuata tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.

XS
SM
MD
LG