Accessibility links

Freedom House: sosial mediadan getdikcə nəzarət və seçici manipulyasiyası üçün istifadə olunur


Freedom House: sosial mediadan getdikcə nəzarət və seçici manipulyasiyası üçün istifadə olunur
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Freedom House: sosial mediadan getdikcə nəzarət və seçici manipulyasiyası üçün istifadə olunur

Freedom House təşkilatı çərşənbə axşamı internet azadlığı ilə bağlı hesabat yayıb. Həmin hesabatda bir çox hökümətlərin sosial mediadan istifadələri ilə bağlı xoşagəlməyən məlumatlar yer alır. Freedom House-un hesabatında bildirilir ki, hökümətlər insanları izləyir, digərləri isə seçkiləri manipulyasiya edir.

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatının yaydığı yeni hesabata əsasən sosial media azadlıqları azalır.

“Bu il iki əsas mövzumuz hökümətlərin sosial mediadan seçkilərə xələl gətirmək və vətəndaşlarına nəzarət etmək üçün necə istifadə etdiyi ilə bağlı idi”, Alli Fank deyir.

Biz belə bir nəticəyə gəldik ki, həm hökümət həm də seçilmək istəyən siyasətçilər internetdən ölkələrində azad və ədalətli seçkilərə xələl gətirmək üçün istifadə edib.
Alli Fank

Freedom House-un təhlilçisi Alli Fank Freedom on the Net 2019 (İnternet Azadlığı) hesabatının həm-müəllifidir. Hesabatda deyilir ki, internet azadlığı olan 65 ölkədən 40-da sosial mediaya nəzarət proqramları təkmilləşdirilib.

“Biz belə bir nəticəyə gəldik ki, həm hökümət həm də seçilmək istəyən siyasətçilər internetdən ölkələrində azad və ədalətli seçkilərə xələl gətirmək üçün istifadə edib”, Fank söyləyir.

Ən çox istifadə olunan vasitə ifrat sağçı siyasətçilərin yaydığı dezinformasiya olub. Fank deyir ki, sosial medianın gücü Ərəb Baharı zamanı ortaya çıxıb.

“Hökümətlər bundan bizim əleyhimizə istifadə edəcəklərini tez bir zamanda dərk edib. Onlar biz internetdən öz vətəndaşlarımıza qarşı istifadə edə bilərik deyə düşünüb”,Fank söyləyir.

Hökümətin internet azadlıqlarını məhdudlaşdırmaq səylərinin əks təsirləri ola bilər. Məsələn bu yay Moskvada Kreml müxalif siyasi namizədləri çıxılmaz vəziyyətə salandan sonra hökümət əleyhinə etirazçılar nümayişləri təşkil etmək üçün sosial mediaya üz tutdu.

Etirazçılar hökümətin onlara nəzarət edə biləcəyindən xəbərdar idi, ona görə də onlar fərqli etiraz hərəkatları üçün kod sözlərdən və həmçinin digər etirazçılara su və ya yemək ya da inzibati yardım çatdırmaq üçün bu platformalardan istifadə etməyə başladılar.

İnternet Azadlığı hesabatı 2009-cu ildən bəri hər il dərc olunur. Bu hesabatlara əsasən internet azadlıqları bu dövrdə getdikcə azalıb.

XS
SM
MD
LG