Accessibility links

"Freedom House" jurnalistlərin təqibindən narahatdır


Freedom House
Freedom House

"Freedom House" təşkilatı iki azərbaycanlı jurnalistin təhdid olunmasına münasibət bildirən bəyanat yayıb:

"Azərbaycan hökuməti müstəqil medianın təqibini davam etdirir. Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır," təşkilatın Beynəlxalq Proqramlar bölməsinin vitse-prezidenti Robert Herman deyib:

Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır.

"Jurnalistlər Sevinc Osmanqızı və Aynur Elgünəşə qarşı edilən ölüm təhdidləri hökumət tərəfindən açıq şəkildə qınanmalı, araşdırılmalı və buna görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir".

Bəyanatda deyilir ki, 4 oktyabr 2016-cı ildə, Azərbaycanın azad mediası sayılan Meydan TV-nin ABŞ-da yaşayan jurnalisti Sevinc Osmanqızına və ailəsinə həyati təhlükə səviyyəsində təhdidlər olub, səbəb isə onun işlədiyi qurumdur. Eyni gündə Bakıda yaşayan müstəqil jurnalist Aynur Elgünəşə də zənglər gəlib və o, təhdidlər alıb, səbəb yenə də onun Meydan TV ilə işləməsi iddiası olub.

Meydan TV təzyiqlərdən sonra 2014-cü ildə Bakı ofisini bağlayıb. Son 2 ildə Azərbaycan hökuməti Meydan TV reportyorlarının ölkədən çıxışına qadağa qoyub. 2016-cı ilin martında Meydan TV-ə qarşı açılan cinayət işi isə hələ də davam etdirilir.

Azərbaycan "Freedom House" təşkilatının 2016-cı il hesabatlarında azad olmayan ölkələr sırasında yer alıb.
Azərbaycan "Freedom House" təşkilatının 2016-cı il hesabatlarında azad olmayan ölkələr sırasında yer alıb.

Azərbaycan "Freedom House" təşkilatının 2016-cı il hesabatlarında azad olmayan ölkələr sırasında yer alıb, həmçinin media sahəsində də Azərbaycanın adı azad olmayan ölkələr sırasındadır. Dünyada demokratiklik şkalasına görə, Azərbaycanın 6.86 balı var. Bu şkala 1 və 7 bal arasında ölçülür və ən pis nəticə isə 7-dir.

Azərbaycan höküməti "Freedom House"-un bəyanatlarını qərəzli adlandırır və təşkilatı "ermənipərəstlik"-də ittiham edir. Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq hüquq təşkilatlarına "ermənipərəst" damğası vurur.

Onlarla jurnalistin həbs və fiziki hücumlara, təhdidlərə məruz qalmasına baxmayaraq, Əliyev hökümət hesab edir ki, Azərbaycanda jurnalistlər müstəqil fəaliyyət göstərir və təqib-təzyiqlərə məruz qalmır.

XS
SM
MD
LG