Accessibility links

Freedom House: Azərbaycan azad olmayan ölkə olaraq qalır


Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var
Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var

2012-ci ildə hakimiyyət mobil rabitənin izlənməsini sürətləndirib, mobil rabitə provayderlərinə xüsusi avadanlıq quraşdırılıb.

Azərbaycanda mətbuat azad deyil, İnternet isə qismən azaddır. Freedom House hüquq-müdafiə təşkilatının hesabatında bu fikrə gəlinir. Ölkə özünü regionda kommunikasiya texnologiyaları (İKT) sahəsində lider kimi göstərməyə çalışır. Bu sahədə fəallıq 2011-ci ildə xeyli artıb ki, bu da vətəndaşların əksəriyyəti üçün əsas informasiya mənbəyinin üzərində hakimiyyətin nəzarətini gücləndirib.

Hazırda İnternet şəhər rayonlarında hüquqi və fiziki şəxslər üçün müqayisəli şəkildə əlverişlidir, lakin şəhərin hüdudlarından kənarda məhduddur. Rabitənin keyfiyyəti çox aşağı olaraq qalır, qiymətlər elan edilən sürətə uyğun deyil. Bir qayda olaraq, hakimiyyət onlayn-kontenti senzuradan keçirir, 2011-ci ildə “Azadlıq” radiosu da daxil olmaqla, bir sıra müxalifət saytlarının bloklanması halları baş verib.

Bundan əlavə, 2011-ci ilin əvvəllərində “ərəb baharı”nın başlanğıcında nümayişlərin təşkilinə və ya hökuməti tənqidə görə fəallara qarşı çoxsaylı həbslər, təqib və qorxutma halları baş verib.
Bir çox hallarda fəalları uydurma ittihamlarla – narkotik maddənin saxlanması, xuliqanlıq və s. həbs ediblər.

2012-ci ildə hakimiyyət mobil rabitənin izlənməsini sürətləndirib, mobil rabitə provayderlərinə xüsusi avadanlıq quraşdırılıb.

2011-ci ildə demək olar ki, milyon nəfər genişzolaqlı İnternetə malik olub, genişzolaqlı giriş sürəti 10,5% olub.

Həmin ildə provayderlər İnternetin qiymətini 25-50% endiriblər. 2011-ci ilin sonlarında 1Mbit sürətli ADSL qoşulma 15 manat (US $ 20) təşkil edib ki, bu da orta əmək haqqının 4-5%-ni təşkil edir. Bu qiymətlər əvvəlkitək bir çox azərbaycanlılar üçün sərfəli deyil, çünki orta əmək haqqı 356 manat (US $ 453) təşkil edir.

Azərbaycan telekommunikasiya sektoru üçün müstəqil tənzimləyici orqana malik deyil, həmçinin RİTN İnternetin provayderlərə təqdim olunması üçün monopoliyaya malikdir
.
Jurnalistlər, fəallar və hökuməti tənqid edənlər tez-tez İnternetə müraciət etdiklərindən Azərbaycan hakimiyyəti istifadəçilərin həbsi və ya qorxudulması yolu ilə müxalifətin susdurulması üçün tədbirləri artırıb.

Bəzi dövlət universitetləri İnternetdə siyasi fəallıq göstərən tələbələri problemlərlə üzləşəcəkləri ilə hədələyiblər.

Hakimiyyət sosial şəbəkələri gözdən salmaq üçün cəhdlər göstərir, onların adamların sağlamlığına zərər vurduğunu bildirir.
2011-ci ilin noyabrında tanınmış publisist Rafiq Tağı sui-qəsd nəticəsində vəfat edib. Bundan bir neçə gün əvvəl o, İran rəhbərliyinin ünvanına tənqidi materialla çıxış edib.

2012-ci ilin martında jurnalist Xədicə İsmayılova şantaj obyekti olub. Qanunvericilik hüquq-mühafizə orqanlarına məhkəmə qərarı olmadan şəxsi əlaqələrə nəzarət etməyə və müşahidə aparmağa o zaman yol verir ki, bu “dövlətə qarşı ciddi cinayətlərin qarşısının alınması üçün” lazımdır. Bu formul adamların telefon və İnternet əlaqələrinə nəzarət edən DİN və MTN-in sui-istifadələrinə yol açır.

Azərbaycanın iri mobil operatorunun məhkəmə qərarı olmadan telefon məlumatlarının mətnləri və danışıqlar da daxil olmaqla, mobil rabitəni izləməyə imkan verən avadanlığı həmin qurumlara təqdim etməsi xüsusi tənqid doğurur.
Artıq beşinci ildir ki, Azərbaycan Freedom House tərəfindən azad olmayan ölkə kimi tanınır.
XS
SM
MD
LG