Accessibility links

Fransada solçular koalisiya qurmaqla bağlı prinsipdə razılıq əldə ediblər


Militants of French leftist movement La France Insoumise (LFI) display a campaign poster reading in French "Melenchon, Prime Minister" outside LFI's headquarters in Paris on May 3, 2022, where discussions are underway on a broad alliance between the four

Fransanın Sosialist Partiyası (PS) və ultra-solçu La France Insoumise (LFI) partiyası çərşənbə günü iyunda keçiriləcək parlament seçkisi üçün ittifaq qurmaqla bağlı prinsipdə razılığa gəliblər.

Yaşıllar və Kommunistlərin bu ay üzərində razılığa gəldiyi koalisiya paktı Makronu 12-19 iyunda keçiriləcək səsvermədə Makronu apreldə ikinci dəfə prezident seçildikdən sonra parlamentdəki çxoxluqdan məhrum etmək və onun biznes tərəfdarı gündəmini blok etməkdir.

“Biz Emmanuel Makronu məğlub edə bilərik və edəcəyik də. Biz bunu radikal bir proqramı idarə etmək üçün çoxluqla edə bilərik,” LFI-nin qanunvericisi Adrien Quatennens Franceinfo radio-ya bildirib.

Əgər LFI və Sosialistlər arasında razılıq təsdiq olunsa, Fransadakı sol son 20 ildə ilk dəfə birləşəcək.

Razılıq 2008-ci ildə Avropa İttifaqı tərəfdarı mövqeyi səbəbilə Sosialist Partiyasından ayrılan LFI-nin sədri Jan-Lük Melenşonu rəhbərliyi altında hazırlanıb. O, ittifaqın büdcə və rəqabət məsələləri ilə bağlı qaydalarına “məhəl qoymamaq” və ittifaqın azad bazar prinsipinə meydan oxumaq istəyir.

Sosialist Partiyasında bir mənbə bildirib ki, kimin hansı dairədən namizədliyini irəli sürəcəyi və ümumi strategiya ilə bağlı razılıq əldə olunub, amma müzakirəçilər hələ də ortaq proqramın təfərrüatlarını yekunlaşdırmalıdırlar.

Mənbələr deyib ki, xüsusilə də, “Sosial və Ekoloji Xalqlar Birliyi” adı altında kampaniya aparacaq yeni alyansın platformasında Avropa ilə bağlı mətnin nə olacağı üzərində müzakirə aparılır.

Daha sonra razılığı Sosialist Partiyasının milli komitəsi təsdiq etməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG