Dünya boyu məşhur olmazdan əvvəl Frank Sinatra Manhettanın o biri sahilindəki kişik şəhərdə yaşayırdı. İndi Sinatranın doğulduğu Nyu-Cerşi ştatının Hoboken şəhərində, onun 100 illiyi böyük fərəh hissi ilə qeyd edilir.
Nyu-Cersinin Hoboken şəhəri özünün məşhur oğlunu heç vaxt unutmur. Bu küçə onun adını daşıyır. Hazırda isə yerli muzeydə onun anadan olmasının 100-cü ildömümünə hər edilmiş sərgi açılıb. Burada BBC-nin Sinatranın göstərildiyi orijinal kadrlar nümayiş etdirilir.
“Biz həmişə təkcə amerikalılar deyil, istər Braziliyadan, istər Fransadan, yəni dünyanın müxtəlif yerlərindən olan insanlardan eşidirik ki, onlar Frenk Sinatranın mahnılarını dinləyərək böyüyüb. Və onlar onun musiqisini, onun səsinindəki ruhu hiss edib.” deyə, muzeyin direktoru Robert Foster bildirir.
Məxməri, bariton səsə malik Sinatranı Nyu-Yorkdan Hollivuda qədər apardı və o orada çox sayda Grammy və Oscar mükafatlarına layiq görüldü. Lakin Sinatranın mühacir həyatı da olub. “O, italyanların buraya yeni gəlməyə başladığı zaman gəlib və bura onun üçün yeni bir ölkə olub. Yəni o, italyalilara qarşı ayrı-seçkiliyin şahidi olub.”
Sinatra ömrünün 21 ilini Hobokendəki İtalya məhəlləsində keçirib. O buradakı barlarda pulsuz qitarası çalaraq, mahnılar oxuyub. Onun Monro küçəsi 415-də yaşadığı ev hələ Sinatranın sağlığında tamamilə yanıb. Lakin onuin pərəstişkarları həmin evin yerləşdiyi küçədə onun adını daşıyan ulduz yerləşdirib.
Özlərini Sel dayı və Uitni dayı adlandıran bu şəxslər Monro küçəsinin sakinləridir. Uitni dayı Sinatradan bir hekayə danışır. “Mənim əmim oğlunun restoranı var idi və bazar günlərinin birində o, Sinatra ilə birlikdə yemək yeyir. Onlar restoranı bağladıqdan sonra yeyiblər. O vaxt Sinatra mənim əmim oğluna belə deyib “Mən Nyu-Yorkda olanda da siz insanlara burada olduğunu deyin”. O, Nyu-Yorka gedəndən iki həftə somnra belə restoran insanlarla dolu olur. İnsanlar onun oturduğu yerə tamaşa etməyə gəlirdi.”
Çox guman ki, Sinatra çayın kənarında dayanaraq, böyük şəhərin işıqlarını seyr edib. Ola da bilər ki, elə bu görüntü onun Nyu-York haqdakı məşhur mahnısına ilham verib.
.