Accessibility links

Tramp Deyvid Fridmeni İsrailə səfir vəzifəsinə nominasiya edib


ABŞ-ın növbəti prezidenti Donald Tramp vəkil Deyvid Fridmeni ABŞ-ın İsrailə növbəti səfiri vəzifəsinə nominasiya edib.

Fridmen ABŞ siyasətinin regiondakı əsas doktrinasının əlehinə çıxır. O, oktyabrda bu barədə Trampın kampaniyasında mövqeyini bildirmişdi.

“Tramp administrasiyası heç bir zaman İsraili iki dövlət variantı və ya İsrail xalqının maraqlarına zidd olan hər hansısa başqa həll yolu ilə razılşaması üçün təyziq göstərməyəcək”- deyə Trampın İsrail üzrə məsləhətçisi Deyvid Fridmen bildirib.

O həm də ABŞ-dakı müstəqil yəhudiləri İkinci Dünya Müharibəsi dövründə nasistlərə yardım edən yəhudilərlə müqayisə edir.

Nominasiyasını qəbul etdiyi bəyanatında Fridmen deiyb ki, o öz vəzifəsini ABŞ-ın İsrailin əbədi paytaxtı olan Qüdsdəki ofisindən həyata keçirməyi səbirsizliklə gözləyir.

ABŞ-ın səfirliyi Tel-Əvivdə yerləşir. Həm İsrail, həm də fələstinlilər Qüdsün onların paytaxtı olduğunu iddia edir. Və onun statusu uzun zamandır sülh danışıqlarının bir hissəsi olmaqda davam edir.

Fridmen Tramp ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini deyərkən onun məsləhətçisi idi. Bu qərar sözsüz benəlxalq narazlıqlara səbəb ola bilər. Əsasən də ərəb ölkələrində.

Qüdsün meri Nir Barkat Associated Press-ə Tramp administrasiyası ilə ABŞ səfirliyini Qüdsə köçürmək barədə söhbət etdiyini bildirib. Barkat söhbət əsnasında Trampın onda səfirliyi köçürməkdə ciddi olduğu təsəvvürü yaratdığını deyib.

Fridmen bir çox beynəlxalq ictimayyətin qanunsuz hesab etdiyi İordan çayının qərb sahilinin ilhaq edilməsinin müdafiəçisidir.

XS
SM
MD
LG