Accessibility links

“Fruitvale Stansiyası” - İrqi ayrıseçkilik barədə yeni film [Video]


Fruitvale Station filmi
please wait

No media source currently available

0:00 0:02:58 0:00
“Fruitvale Station” – “Frutveyl Stansiyası” filminin çəkilişinə başlamazdan əvvəl Rayan Kuqler filmdəki hadisə ilə bağlı araşdırma apardı. San-Fransiskoda anadan olmuş afrikalı-amerikalı Oskar Qrand Oakland şəhərinin polisi tərəfindən insanlar qarşısında öldürüldü.

Bu gördükləriniz filmdən səhnə deyil. Bu video 2009-cu ildə, Yeni İl günü Kaliforniyanın Oakland şəhərində çəkilib. Polis Oskar Qrantı dəmiryol platformasında güllə ilə vurur. Bu hadisə iğtişaşlara yol açdı və oradan da “Fruitvale Stansiyası” filminin ideyası yarandı.

Yeni il gecəsi həbsxanada olan Oskar anasına həyatını dəyişmək, qanuna riayət etmək, yaxşı ata olmaq, yaxşı oğul olmaq qərarına gəldiyini deyir. Oskarın anası onu sevdiyini, onun üçün dua etdiyini və onu gözlədiyini deyir.

Kinorejissor Rayan Kugler filmdə Oskarın son 24 saat ərzində ailəsi və dostları ilə keçirdiyi vaxtı göstərir. “Oskar kimi gənc insanlar küçələrdə öləndə heç kəs onun 22 yaşı olduğunu, onun bir həyatı olduğunu, onun bu dünyada sevdikləri olduğunu düşünmür.”

Rejissor deyir ki, bu filmi o, səxsən özünə aid edir, çünki Oskarın başına gələn onun, qardaşlarının, dostlarının da başına gələ bilər. Amma o, əlavə edir ki, Oskarın təsviri cəmiyyəti parçalamağa yönəlməyib, sadəcə qaradərili gəncin həyatına insani baxışdır.

Rejissor eləcə də, bu filmin hələ də rast gəlinən və əsasən akro-amerikalı kişilərin həssas olduğu irqi ayrıseçkiliyə işıq salacağına ümid etdiyini deyir.
“Analar uşaqlarına belə deyirlər, polisə baş qoşmayın, sərt hərəkətlər etməyin, tanımadığınız adamlarla danışmayın, çünki onblar sənin pis adam olduğunu və səndə silah olduğunu düşünər və səni öldürərlər.”

“Fruitvale Stansiyası” qüdrətli filmdir. Qaradərili adamın yeni il gecəsi səhv yerdə, səhv vaxtda olmasını təsvir edən filmdə Oktavia Spenser kimi görkəmli aktrisa iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG