Accessibility links

AXCP fəalı həbs edilib


Fuad Əhmədli
Fuad Əhmədli

Dekabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Fuad Əhmədli həbs edilib.

AXCP-nin məlumatına görə, Fuad Əhmədli Bakının Xətai rayon Məhkəməsinin qərarı ilə İnziabati Xətallar Məcəlləsinin 310.1 (polisə müqavimət) maddəsi üzrə 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

Məlumatda deyilir ki, F.Əhmədlini iş yerindən aparıblar. Ona vəkildən imtina haqda ərizəyə qol da çəkdiriblər.

AXCP bildirir ki, gənc fəal iki gün qabaq Facebook səhifəsindəki bir qeydinə görə polis idarəsinə çağırılıb xəbərdarlıq edilibmiş.

Atası Zəfər Əhmədov deyir ki, Fuad Əhmədli məhkəmədə imkan taparaq yaxınlarına polisə müqavimət göstərməsi barədə ittihamın yalan olduğunu bildirib.

Azadliq.info saytına Fuad Əhmədlinin yaxınları onun “facebook” statusuna görə cəzalandırıldığını deyib. Onların gümanına görə, söhbət bu statusdan gedir:

“Nədi, ay camaat? İndi mitinqlərə başlasaq, çıxacaqsız, yoxsa hələ vaxtı deyil? Yəni evdə artıq 5-10 manatınız qalıbsa, deyin, səbr edək. Gözləyək, gəlib qapazı vurub onu da alsınlar sizdən? Nə deyirsiz? Etiraz, yoxsa başıaşağı həyata davam?“

Rəsmi qurumlar Fuad Əhmədlinin həbsi ilə bağlı hələ rəsmi məlumat yaymayıb.

XS
SM
MD
LG