Accessibility links

AXCP fəalının şikayəti təmin edilməyib


Fuad Əhmədli (Foto Fuad Əhmədlinin facebook səhifəsindən götürülüb)

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin 2017-ci il yanvarın 12-dək həbsi barədə qərardan şikayəti təmin etməyib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, apellyasiya şikayəti F.Əhmədlinin həbsinin uzadılması barədə Nəsimi rayon Məhkəməsinin 11 noyabr tarixli qərarından verilib.

F.Əhmədli 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan din xadimi Fətullah Gülənin tərəfdarlarına qarşı cinayət işi çərçivəsində bu ilin avqustunda həbs edilib.

O ittihamı qəbul etmir.

AXCP-nin bəyanatında deyilir ki, Türkiyədə cevriliş baş tutmadıqdan sonra Azərbaycanın hüquq-mühafizə orqanları Gülənin tərəfdarlarına qarşı mübarizə adı altında hakimiyyətinsiyasi opponentlərinin həbsinə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG