Accessibility links

Fukuşimada reaktorlardan birinin qapısı açılıb


Fukuşimada reaktorlardan birinin qapısı açılıb
Fukuşimada reaktorlardan birinin qapısı açılıb

Yaponiya rəsmiləri bu gün Fukuşima atom elektrik stansiyasının zədələnmiş reaktorlarindan birinin yerləşdiyi binanın qapısının tam açıldığını bildiriblər. Bununla orada soyutma sisteminin quraşdırılması üçün içəridə su buxarının çıxmasına imkan verilir.

Tokio Elektrik Enerjisi şirkətinin sözçüsü deyib ki, ikinci reaktorun ventilyasiyası zamanı çıxan radiasiya səviyyəsi insanlar üçün təhlükəli deyil.

Binanın daxilində rütubət səviyyəsinin həddən artıq yüksək olması orada bərpa işlərinin aparılmasını çətinləşdirmişdi.

XS
SM
MD
LG