Accessibility links

Bakı FIFA İcraedici Futbol Sammitinin 12 şəhərindən biri seçilib


İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino
İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino

Prezident İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino və təşkilatın baş katibi Fatma Samouran ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

FIFA prezidenti Canni İnfantino Bakının FIFA İcraedici Futbol Sammitinin keçiriləcəyi dünyanın 12 şəhərindən biri seçilməsini və ilk sammitin paytaxt Bakida keçirilməsinin əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitinin çox uğurlu olacağına əminliyini bildirib.

İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino, baş katib Fatma Samouran
İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino, baş katib Fatma Samouran

“Bütün bunlar Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerə malik olduğunu göstərir. Futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqram qəbul edilib”.

Əliyev Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli sayda stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib.

“Futbol üzrə Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvarıq”, o qeyd edib.

Prezident bldirib ki, FIFA prezidenti Canni İnfantinonun və baş katib Fatma Samouranın səfəri Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığı işinə də öz töhfəsini verəcək.

FIFA prezidenti Canni İnfantino deyib ki, Azərbaycan, sözün əsl mənasında, futbol ölkəsidir.

“Mən hələ FIFA prezidenti olmamışdan öncə UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”, o qeyd edib.

İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino
İlham Əliyev və FIFA-nın prezidenti Canni İnfantino

Canni İnfantino Bakının “Avro-2020”-yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib.

“Ölkənizdə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb".

Canni İnfantino, eyni zamanda bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir.

Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG