Accessibility links

Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilib [Video]


Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilib
Futbol üzrə dünya çempionatının kuboku Bakıya gətirilib

Kuboku dünya çempionu Kristian Karambe müşayiət edir

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Kuboku 1998-ci ildə Fransa yığmasının tərkibində dünya çempionu olan Kristian Karambe müşayiət edir.

Kubok Bakıda Gənclik Mall ticarət əyləncə mərkəzində futbol həvəskarlarına təqdim olunub.

Dünya Kubokunun hazırki turu əsas futbol trofeyinin dünyanın 50-dən çox ölkəsinə və 6 qitəsinə səyahətidir.

Dünya Kuboku (The World Cup) FIFA-nın himayəsi altında keçirilən futbol üzrə dünya çempionatlarının qaliblərinə təqdim olunan əsas mükafatdır.

FİFA dünya kubokundan ilk dəfə 1974-cü il dünya çempionatında istifadə olunub, həmin vaxt braziliyalılar "Qızıl tanrısı"nı - Nike yunan tanrısını təsvir edən Kuboku (Jyul Rime Kuboku) əbədi olaraq qazanmışdı.

FİFA kuboku malaxit əsas üzərində 18 karat qızıldan hazırlanıb, mükafatın üstündə Yer Kürəsi tutan iki futbolçu əks olunub.

Trofeyin hazırki sahibi 2014-cü ilin martında çempionatda qələbə qazanan Almaniyanın milli yığmasıdır.

2018-ci il futbol üzrə dünya çempionatı sayca 21-ci olacaq. Onun final hissəsi 2018-ci il iyunun 14-dən iyulun 15-nə qədər Rusiyada keçiriləcək.

XS
SM
MD
LG