Accessibility links

Gələcək Şəhər Müsabiqəsinin 2021-ci il qalibləri elan edilib


Gələcək Şəhər Müsabiqəsinin 2021-ci il qalibləri elan edilib
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Beynəlxalq Gələcək Şəhər Yarışması bu yaxınlarda ilk dəfə virtual tədbirdə 2021-ci ilin qaliblərini elan edib.

Beynəlxalq Gələcək Şəhər Yarışmasında ən yüksək mükafatı Texas ştatının Hyuston şəhərindən Əl-Hadi orta məktəb şagirdləri qazanıb.

“Bir çox problemimiz var idi; koronavirus və Xəstəliklərə Nəzarət Mərkəzinin təlimatlarına riayət etmək, eləcə də bəzi qrup üzvlərimizin onlayn, bəzilərinin isə şəxsən məktəb tədrisi və cədvəllərimizi qurmaq; hamısı vacib amillər idi, amma şükürlər olsun ki, nəticə verdi” - deyə, Məhəmməd Əli Rizvi bildirib.

“Komanda üzvlərimizin bəziləri COVID-19a yuluxmuşdu; bu böyük bir problem idi, ona görə də bir neçə həftə işimizi dayandırmalı olduq. Lakin çatdırmalı idik” , Əl-Hadi məktəblisi Məhəmməd Hani-Mirzə deyib.

Əsaslı bir təhsil proqramı olan Future City hər il dünyanın hər yerindən orta məktəb şagirdlərinin dünyanı daha yaxşı bir yerə çevirmək fikri ilə gələcək şəhərlərin miqyaslı modelini yaratmağı nəzərdə tutur.

Bu ilin mövzusu Ayda yaşamaq olub. ABŞ-ın 37 bölgəsindəki şagirdlərə Çin, Kanada və Nigeriya komandaları qoşularaq, Ayda futuristik bir şəhər dizayn etməli idi.

Hər il 45000-dən çox şagirdin iştirak etdiyi yarışda bu il 42 i komanda finala yüksəlib.

Discover-e mühəndislik qrupu artıq 29 ildir ki, bu yarışmanı təşkil edir.

"Hər il komandalarımızın apardıqları dərin araşdırmalardan, konkret mövzu barədə nə qədər məlumatlı olduqlarından və bu sahədə necə mütəxəssis olduqlarından təsirlənirəm" - deyə, Future City Müsabiqə proqramının meneceri Maqqi Dressel bildirib.

Layihələr üzərində işləmək həm də məktəblilərə gələcəyə ilham yaradır.

"Bu layihədən bir çox nəticələr əldə edə bilər, gələcəkdə mühəndis dizaynı prosesi kimi istifadə edə bilərəm" , Mnaşa Əli deyib.

Qalib gələn komanda gücünü hiss etməklə yanaşı, məktəblərinin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) proqramı üçün 7500 dollar və Alabamanın Hantersvil Fəza düşərgəsinə səyahət mükafatı qazandırır.

XS
SM
MD
LG