Accessibility links

Fəza kapsulu Beynəlxalq Fəza Stansiyasına yaxınlaşıb


Özəl şirkət tərəfindən inşa edilmiş “Əjdaha” fəza kapsulu Beynəlxalq Fəza Stansiyası ətrafında dövrə vuraraq orbital məntəqəyə təchizat gətirməyə hazırlaşır.

ABŞ fəza agentliyi NASA pilotsuz Əjdaha kampsulunun manevrlərinin uğurla keçdiyini bildirib.

NASA deyir ki, kapsul Beyəlxalq Fəza Stansiyasında 2 kilometr məsafədə testlər keçirib, o cümlədən uçuş sistemini yoxlayıb.

“Əjdahanın” cümə günü stansiyaya birləşəcəyi güman edilir.

Cümə axşamı həyata keçirilən prosedurların məqsədi Beynəlxalq Fəza Stansiyasının robotik qolu ilə birləşməyi məşq etmək idi.

Kapsul işlənmiş ləvazimatları özü ilə bərabər Yer kürəsinə qaytaracaq.

XS
SM
MD
LG