Accessibility links

Özəl şirkətin raketi tarixi missiyada fəza stansiyasına təchizat aparır


Özəl şirkət tərəfindən inşa edilmiş raket uğurla kosmosa uçaraq tarixi missiyada Beynəlxalq Fəza Stansiyasına təchizat kapsulu aparır.

“Əjdaha” kosmos kapsulu kosmosa SpaceX-in Falkon-9 markalı raketində, Floridadan səmaya qalxıb.

SpaceX missiyasının nəzarətçiləri kapsul və raketin orbitə müvəffəqiyyətlə çatmasını eşitdikdən sonra sevinclə qışqırmış və bir-birlərini qucaqlamışlar.

"Əjdaha" kapsulunun fəza stansiyasına cümə axşamı çatacağı gözlənilir və o, orbital məntəqəyə bitişməzdən öncə bir neçə manevr həyata keçirəcək.

XS
SM
MD
LG