Accessibility links

Güneyli sosial media fəalı Fərid Məhəmmədnejad sərbəst buraxılıb


Fərid Məhəmmədnejad
Fərid Məhəmmədnejad

İran Azərbaycanının Makı (Maku) şəhərinin sakini olan Fərid Məhəmmədnejad 4 ay həbsdən sonra sərbəst buraxılıb.

Qərbi Azərbaycan vilayətinin Makı şəhərinin sakini və “Yurt TV” adlı İnstagram səhifəsinin administratoru Fərid Məhəmmədnejad aprelin 13-də 4 aylıq həbs müddətinin bitməsindən sonra həbsxanadan azad edilib.

O, keçən il dekabrın 14-də Makı məhkəməsinin İcra bölməsi tərəfindən çağırılaraq 4 aylıq həbs cəzasını çəkmək üçün Makının həbsxanasına aparılmışdı.

Fərid Məhəmmədnehad və Yavər Sultani iki Makılı sosial media fəalı rəsmilərdən şəhərin bir meydanından götürülmüş şair Firdovsinin heykəlinin geri qaytarılmamasını tələb etmişdilər. Hər iki fəal həmin heykəlin yerinə Azərbaycanın tarixi şəxsiyyətlərindən birinin heykəlini meydanda yerləşdirilməsini təklif etmişdilər.

Məhəmmədnejad ilkin məhkəmə tərəfindən “ümumi intizamı pozmaq hədəfi ilə ictimai rəydə təşviş yaratmaq” ittihamı ilə mühakimə edilərək 1 il həbs cəzasına məhkum edilmişdi. Ancaq həmin hökm apelyasiya məhkəməsində 4 ay həbsə və qalan 8 ay isə sınaq müddəti olmaraq 2 ilə qədər təxirə salındı. Həmin məhkəmə iddiasında digər türk fəal və ‘Maku Times’ İnstagram səhifəsinin müdiri Yavər Sultani də eyni ittihamla həbsə məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG