Accessibility links

“Güneydə yerli məsulların yumşaq etirazı xalq üsyanını önləmək üçündür”


İran Azərbaycanının müxtəlif vilayətlərində valilər daxil olmaqla, yüksək rütbəli rəsmilər bəzi hallarda Azərbaycana qarşı tətbiq edilən ayrıseçkiliklərə diqqət çəkir və dövləti tənqid edirlər. Jurnalist və politoloq Fərzad Səmədli Amerikanın Səsi ilə söhbətdə deyir ki, yerli məsullar bu “yumşaq tənqidlər” ilə həm hiss etdikləri ayrıseçkiliyə diqqət çəkir, həm potensial “xalq üsyanını əngəlləyirlər.”

Fərzad Səmədli Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:33 0:00
Bu məsullar yumşaq tənqidlərlə həm yerli əhalinin suallarını cavablamağa çalışırlar, həm də yumşaq bir şəkildə Tehrana mesaj göndərirlər. Dövlət də deyə bilir ki, baxın sizin səsiniz və tələbləriniz yüksək ağızlardan da deyilir.

Son vaxtlar Şərqi Azərbaycanın Qaradağ meşələrində baş verən yanğın yüzlərlə hektar meşənin külə dönməsinə səbəb oldu.

Vali Məhəmmədrza Purməhəmmədi və Təbrizin cümə imamı Seyyid Məhəmmədəli Ali-Haşim daxil olmaqla vilayətdə bəzi dövlət qurumlarının məsulları yanğınsöndürmə işlərinin düzgün tətbiq edilmədiyi və yardım tələblərinə Tehrandan zamanında cavab vermədiyi bildirdilər.

Fərzad Səmədlinin sözlərinə görə, “bu valilər və Azərbaycanda yüksək rütbəli dövlət adamları orada yaşadıqları üçün ayrımçılıqların hamısını görür və hiss edirlər. Bunu yumşaq bir şəkildə ifadə edirlər. Həm zəlzələ mövzusunda, həm Qaradağda meşə yanğınında, həm də Urmiyə gölünün quruması mövzusunda.”

Beynəlxalq əlaqələr üzrə alimin fikrincə, mərkəzi hakimiyyət də bu “yumşaq tənqidləri” qismən müsbət qarşılayır:

Qaradağ meşə yanğınında vali daxil olmaqla Şərqi Azərbaycan vilayətinin bəzi məsulları yanğınsöndürmə işlərinin zamanında tətbiq edilmədiyi və yardım tələblərinə Tehrandan zamanında cavab gəlmədiyini bildirdilər.
Qaradağ meşə yanğınında vali daxil olmaqla Şərqi Azərbaycan vilayətinin bəzi məsulları yanğınsöndürmə işlərinin zamanında tətbiq edilmədiyi və yardım tələblərinə Tehrandan zamanında cavab gəlmədiyini bildirdilər.

“Əgər onlar bu tənqidi etməsələr, xalq bu dəfə daha böyük suallar soruşa bilər. Xalq soruşa bilər ki, 4 gün keçdi və yanğın yüzlərlə hektar meşəni yox etdi, sən niyə bir şey demədin? Bu məsullar həm yerli əhalinin suallarını cavablamağa çalışırlar, həm də yumşaq bir şəkildə Tehrana bir mesaj göndərirlər... Dövlət də deyə bilir ki, baxın sizin səsiniz və tələbləriniz yüksək ağızlardan da deyilir!”

Rejimin ən önəmli amacı budur ki, mərkəzi hakimiyyəti getdikcə daha gücləndirsin və ətrafdakı etnikləri, özəlliklə də sayı olaraq İranın ən böyük etnik icması olan türkləri nə qədər qadirdir əzsin.

Səmədli sosial medianın bu mövzuda xüsusi önəm daşıdığını vurğulayır: “Bir önəmli məsələ də sosial mediadır. Bir olay olur, dövlətdən öncə, rəsmi mediadan öncə, insanlar o olayın həm görüntülərini həm də şərhini tamamən sosial mediadan alırlar. Artıq gizlətməyə bir şey qalmır.”

Jurnalistin dediklərinə görə, yerli məsullar ara-sıra Tehrana yumşaq etiraz bildirirək, həm də ‘xalqın üsyanını’ əngəlləyirlər: “O dövlət adamının yumşaq etirazı olmasa, iki gün sonra, beş gün sonra, Əhərdə, Vərzığanda, Urmiyədə, Təbrizdə, Ərdəbildə xalq üsyanı başlar.”

Son vaxtlar bəzi yerli siyasətçilər və jurnalistlər İran rəsmiləri ilə Türkiyə rəsmiləri arasında görüşlərin Təbriz yerinə İsfahan kimi şəhərlərdə keçirilməsini də tənqid edirlər.

Fərzad Səmədli hakimiyyətin bu növ tənqidlərə müsbət baxmadığını düşünür. Onun fikrincə, İranda tənqidlərin "bir qırmızı xətti" var.

"Ondan o tərəfə ayaq basmaq mina üzərinə ayaq basmaqdır. Dövlət onlara bir az izin verir ki, tənqidləri yüksək səslə bəyan etsinlər. Onun xaricinə çıxsalar, insanın başına bəlalar gətirərlər. Biz bunu görmüşük."

Şərqi Azərbaycan valisi keçən mart ayında: Təbriz İranın diplomatiya paytaxtı ola bilər. Bu istiqamətdə nöqsanlar və çatışmazlıqlar ortadan qaldırılmalıdır.
Şərqi Azərbaycan valisi keçən mart ayında: Təbriz İranın diplomatiya paytaxtı ola bilər. Bu istiqamətdə nöqsanlar və çatışmazlıqlar ortadan qaldırılmalıdır.

O, ölkənin bütün bölgələrində hakimiyyətin etirazlara mərhəmətsiz şəkildə cavab verdiyini, amma ayrı-seçkiliyin Azərbaycanda daha açıq göründüyünü önə çəkir.

“Bu sistem fəlakət dərəcədə həm bağlı, həm acımasız, həm də aqressivdir. Amma Azərbaycan məsələsinə gələndə ayrımçılıq tamamilə özünü göstərməyə başlayır. Yəni burası türk bölgəsidir. Türklər İrana alternativ ola bilərlər. Ona görə, türklərə heç zaman şan və iftixar yeri verilməməlidir. Təbriz təkrar bir dünya şəhəri halına gəlsə, başını qaldırar və dünyanı görər, dünya da Təbrizi görər. Bu olmamalıdır” , Fərzad Səmədli deyir.

İranda de-fakto hakimiyyət Ayətulla Əli Xameneyinin və onun hakimiyyətinin bünövrəsi sayılan İslam İnqilabı Qvardiyasının rəhbərliyinin əlində cəmləşib.
İranda de-fakto hakimiyyət Ayətulla Əli Xameneyinin və onun hakimiyyətinin bünövrəsi sayılan İslam İnqilabı Qvardiyasının rəhbərliyinin əlində cəmləşib.

Səmədlinin sözlərinə görə, rejimin başlıca məqsədi Tehrandakı mərkəzi hakimiyyəti maksimum gücləndirmək və etnik azlıqların siyasi idarəçilikdə rolunu və təsirini minimuma endirməkdir.

O, hesab edir ki, yerli siyasətçilər müəyyən şərtlərin təmin olduğu təqdirdə tənqidlərini daha açıq və daha güclü şəkildə dilə gətirə bilərlər:

“Burada iki faktor var. Birisi, mərkəzi dövlət zəifləsə, birisi də, əgər türklər İranda öz gücünü göstəsələr, durum fərqli olar. Azərbaycanın güclənməsi lazimdir. Biz sayı olaraq çox olduğumuza rəğmən, həm siyasi iqtidarda həm də iqtisadi iqtidarda zəif şəraitdəyik. Bu vəziyyəti düzəltməliyik. Artıq müdafiə deyil, hücuma keçməliyik.”

XS
SM
MD
LG