Accessibility links

"Hamburqda keçiriləcək zirvə toplantısında nəhənglərin qarşıdurması gözlənilir" [Video]


"Hamburqda keçiriləcək zirvə toplantısında nəhənglərin qarşıdurması gözlənilir"
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Birləşmiş Ştatlar prezidenti Donald Trump və Almaniya kansleri Angela Merkel arasında iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkənin iştirakı ilə cümə günü Hamburqdakı zirvə toplantısında müzakirə ediləcək iqlim və ticarət məsələləri üzrə fikir ayrılıqları var.

Polis patrullarının sayının artması və etirazçıların çadırlar qurmağa hazırlaşdığı bir vaxt həftə sonu Hamburqda işlərin asan olmayacağına işarədir.

Birləşmiş Ştatlar administrasiyası tərəfindən hansısa möcüzənin olacağını düşünməsə də, Angela Merkel konsensus əldə edəcəyinə söz verib. “Düşünürəm ki, yüksək səviyyədə oxşar baxışlar var. Fikir ayrılıqları olan digər məsələlər də var, lakin buna görə mən danışıqları təxirə salmaq istəmirəm. Mən bütün məsələlər üzrə vahid mövqelərimizin olacağını düşünmürəm, lakin mən hesab edirəm ki, beynəlxalq diplomatiya sahəsində bütün həssas məsələlərin müzakirəsi məqsədəuyğundur."

Prezident Tramp Birləşmiş Ştatlar sənayesini və özünün “Amerika Birincidir” strategiyasının bir hissəsi olaraq polad idxalında tarifləri azaldacağını və ya kvota qoyacağını deyib. Bu isə "Böyük İyirmilər" qrupundakı tərəfdaşarlar arasında gərginliyə səbəb olub.

Siyasi-iqtisadçı Tim Evans: Onun etdikləri havaya hər cür kart atılması deməkdir: NAFTA, İqlim Dəyişikliyinin tənqid edilməsi, çünki o, sıfırdan başlanan bir siyasət istəyir. Lakin əvvəl-axır o, azad ticarət məsələsində uduşda olmaq istəyir. Onun etdiyi əsas iş bundan ibarətdir ki, o, Çin kimi açıqlıq haqda söhbət etmək istədiyini deyib bunu etməyən ölkələrin ikiüzlülüyünü göstərmək istəyir. Yəni bu, zirvə toplantısında nəhənglərin qarşıdurması gözlənilir.”

Trampın kəskin danışıqları müəyyən nəticələr verib. Onun müdafiə payını ödəməyən NATO alyansının arxasında durmayacağını söyləməsindən sonra alyansa üzv dövlətlər paylarına düşəni ödəməyə söz verib. Onun Şimali Amerika ilə Azad Ticarət Razılığını pozacağını bəyan etməsindən sonra Meksika ilə şəkər ticarəti üzrə razılıq əldə edilib.

Hazırda Birləşmiş Ştatlar liderinin hədəfi Çin və onun ucuz polad ixracatıdır. Bunun nəinki Birləşmiş Ştatlarda, Britaniya və Amaniya kimi Böyük 20-liyə daxil olan ölkələrdə iş yerlərinin azalmasına səbəb olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG