Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş yeddi ölkəsinin lideri Almaniyada Böyük Yeddilərin sammitinə qatılıb. Ukraynada vəziyyət və Yunanıstanda maliyyə böhranı sammitin diqqət mərkəzindədir.
Almaniyada Böyük Yeddilərin sammiti
1
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkerl Almaniyada Böyük Yeddilərin sammitinin iclasına qatılır, 7 iyun 2015-ci il.
2
Fransa prezidenti Fransua Holland, Britaniyanın Baş naziri Deyvid Kameron, İtaliyanın Baş naziri Matteo Renzi, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Can-Klod Janker, Avropa Şurasının prezidenti Donald Task, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ prezidenti Barak Obama və Kanadanın Baş naziri Stiven Harper Böyük Yeddilərin sammitinin ilk iclasında, 7 iyun 2015-ci il.
3
İğtişaş polisi Almaniyanın cənub bölgəsində Qarmiş-Partenkirxen kurortunda keçirilən Böyük Yeddilərin sammitinə etiraz edən nümayişçiləri ərazidən çıxarmağa çalışır, 7 iyun 2015-ci il.
4
Böyük Yeddilər qrupuna daxil olan ölkələrin və Avropa İttifaqının liderləri birgə şəkil çəkdidir, Almaniya, Kruen, 7 iyun 2015-ci il.