Accessibility links

Qallodet karlar üçün dünyada yeganə universitetdir [Video]


Qallodet karlar üçün dünyada yeganə universitetdir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Universitetdə kar tələbə kimi təhsil almaq nə deməkdir? Özü də xarici ölkədə və bir dildə deyil, iki xarici dildə təhsil almaq. Vaşinqtonun Qallodet universiteti dünyada yeganə universitetdir ki, burada kar və eşitmə qabiliyyəti zəif olan xarici tələbələr qəbul edilir.

Bazar ertəsi, günortadan sonra professor Ci Vanq tələbələri üç qrupa bölərək, ingilis dilinin Amerika ləhcəsində “Sign Language”, yəni “işarə dili” ilə “Biznes 101” marketinq konsepsiyasını izah edir. Burada “işarə dili”ndən istifadə edən hər tələbə adi universitetlərdə olduğu kimi heç bir çətinlik olmadan müzakirələrə qatıla bilir. Lakin Şoşu Tien kimi ingilis dilinin Amerika ləhcəsini bilməyən xarici tələbələr əvvəlcə ASL-i “Amerika İşarə Dili"ni öyrənməlidir.

Sənədlərin Qəbulu Komissiyasının üzvü Tami Santaymeyer kollecə qəbul zamanı Amerika işarə dilini bilməyin vacib olmadığını deyir. “Biz Amerika işarə dilini bilməyən tələbələri tənbeh etmirik, əsas onların ingilis dilini bilmələridir. Lakin buraya gələndən sonra biz onlara Amerika işarə dilini “Jump-start” proqramı əsasında öyrənməyi məsləhət görürük.”

Şoşu Tien yeni dili məmnuniyyətlə öyrəndiyini deyir. “Amerika İşarə Dili” də bir dildir və sən bu dildən ünsiyyət dili kimi istifadə edirsən. Sən dili mədəniyyətdən ayıra bilməzsən. Mən bu proses sayəsində çox sayda dost qazandım. Nə qədər çox dost qazanırsansa, dilin də o qədər yaxşı inkişaf edir.”

Hazırda Tien dörd dil bilir, çin, ingilis, beynəlxalq işarə dili və Amerika işarə dillərində. O, iİnformasiya Təhlükəsizliyi sahəsi üzrə ixtisaslaşdırılır və üzgüçülük üzrə yığma komandanın üzvüdür.

Professor Ci Vanq Tianla fəxr edir. O deyir ki, Tian onun Microsoft tərəfindən seçilən ilk tələbəsidir. Professor Qalladet univesitetinin tələbələrə özlərinə güvənməyə yardım etdiyini deyir. “Kar insanların çoxu özlərini başqaları ilə müqayisədə alçalmış hiss edir. Lakin burada tələbələr özlərinə güvənir və bu çox vacibdir.”

Buna missal isə bu yaxınlarda aparılan statistikanı göstərmək olar. Qalladeti bitirən tələbələrin 95 faizi ya işləyir, ya da təhsilini davam etdirir.

Microsoft şirkəti keçən yay peşəkar təcrübə qazanmaq üçün Tieni 12 həftəlik Sietl şəhərinə göndərdi. Bu səfər ona dünya ilə ünsiyyət qurmasına da yardım etdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG