Accessibility links

GAMOH Donald Trampa məktub yazıb


Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatı ABŞ prezidenti Donald Trampa məktub göndərib. Məktubun surəti sosial media və təşkilatın veb səhifəsində yayımlanıb.

Çox sayda azərbaycanlı İran rejiminin irqçi və ayrıseçkilik siyasətinə etiraz etdiklərinə görə həbs olunub və işgəncələrə məruz qalıb.

GAMOH Donald Trampı ölkənin növbəti prezidenti seçilməsi münasibətilə təbrik edərək, ABŞ-ın İranla münasibətlərində oradakı insan haqları pozuntularına diqqət yetirilməsini istəyib.

Məktubda türklər və İranın digər qeyri-fars toplumlarının məruz qaldığı ayrı-seçkiliklər və İran İslam Respublikasının azərbaycanlılar yaşayan bölgələrdə yürütdüyü assimilyasiya siyasətinə diqqət çəkilib.

GAMOH lideri Mahmudəli Çöhrəqanlı
GAMOH lideri Mahmudəli Çöhrəqanlı

"GAMOH bilir ki, ABŞ və onun prezidenti demokratiyanın tərəfdarıdırlar - və təkcə Amerika daxilində yox, həm də xaricdə," bəyanatda qeyd olunur.

Son vaxtlar prezident Trampa göndərilmiş başqa bir məktub İran mediasının gündəminə çıxmışdı. Məktubu ünvanlayan 30 iranlı siyasi fəal, jurnalist və sənətçi ABŞ-ın yeni prezidentindən İran İslam Respublikasına qarşı tətbiq edilən sanksiyaların ağırlaşmasını istəmişdi.

XS
SM
MD
LG