Accessibility links

Robert Geyts":ABŞ və Taliban arasında təmaslar hələ ilkin mərhələdədir"


Robert Geyts":ABŞ və Taliban arasında təmaslar hələ ilkin mərhələdədir"
Robert Geyts":ABŞ və Taliban arasında təmaslar hələ ilkin mərhələdədir"

ABŞ Müdafiə naziri Robert Geyts Birləşmi Ştatlar və Taliban arasında son zamanlar təmas yarandığını etiraf edib, lakin deyib ki, Əfqanıstan hökumətilə qrup arasında barışıq prosesində ciddi bir irəliləyiş yoxdur. Geyts bu gün ABŞ televiziyasına müsahibə zamanı danışıb. O deyib ki, ABŞ diplomatları və Taliban arasında son zamanlar qurulan təmas hazırda çox ilkin mərhələdədir. O bildirib ki, bir çox ölkələr qrupla təmas qurmağa çalışıb. Lakin qeyd edib ki, bu, olduqca mürəkkəb prosesdir. Geyts bu açıqlamaları Əfqanıstan prezidenti Həmid Karzainin Birləşmiş Ştatlar və Taliban arasında ölkədə on ildir sürən müharibəyə son qoymaq məqsədilə danışıqlar aparıldığını deməsindən sonra verib.

XS
SM
MD
LG