Homoseksual hüquqlar Qərbdə geniş müdafiə olunur, amma sabiq Sovet məkanında bu məsələ cəmiyyətdə müqavimətlə qarşılanır. Rusiyanın homoseksual hüquqlara qoyduğu qadağalar Qərbdə rus məhsullarının baykot eilməsi çağırışlarına yol açıb. Gürcüstan kimi demokratik inkişafa üz tutmuş ölkələrdə də gey hüquqların müdafiəsi qarşıdurmalarla müşayiət olunur.
Gürcüstanda homoseksual hüquqların müdafiəsi qarşıdurma yaradıb

1
Gürcüstan Pravoslav Kilsəsinin keşişi Şalva Kekelia homoseksual liderləri 17 mayda Tbilisidə nümayiş keçirməyi təxirə salmağa çağırmışdı. O, və başqa keşişlər şəhər mərkəzində minlərlə anti-homoseksualın nümayiş keçirməsinin qarşısını ala bilmədiklərini deyirlər. (Vera Undritz Amerikanın Səsi üçün).

2
Gürcüstan Lesbian, Gey, Biseksual, və Transgender (LBGT) təşkilatının təsisçisi David Şubladze 2013-cü il 17 mayda anti-gey kütləyə rəhbərlik edən keşişlərin cinayət məsuliyyətinə cəlb olunmasına çağıran petisiyanın imza kampaniyasına başlayıb, (Vera Undritz Amerikanın Səsi üçün)

3
Pravoslav xristianlar gey hüquqları müdafiəçiləri ilə toqquşmazdan öncə Tbiliisdə Beynəlxalq Homofobiya və Transfobiyaya Qarşı Gün münasibətilə nümayiş keçirirlər. Tbilisi, 17 may, 2013.

4
Polislər Beynəlxalq Homofobiya və Transfobiyaya Qarşı Gündə toqquşma zamanı pravoslav xristian fəalın qarşısını almağa cəhd göstərir. Tbilisi, 17 may, 2013.