İsrailin xarici işlər naziri İsrail Katz Birləşmiş Millətlər Təşkilatının Fələstinlilər üzrə Qaçqınlar Agentliyinin əməkdaşlarının HƏMAS-ın 7 oktyabr terror hücumlarında əli olduğuna dair iddialardan sonra təşkilatın “əsl sülh və inkişafa sadiq qurumlarla əvəz edilməsinə” çağırıb.
Katz sosial mediada yerləşdirdiyi postda ölkələrin Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlər Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırmaqda Birləşmiş Ştatlar, Avstraliya, Kanada, Britaniya, İtaliya və Finlandiyanı nümunə götürməyə çağırıb.
Birləşmiş Krallığın xarici işlər nazirliy şənbə günü ittihamlar nəzərdən keçirildiyi bir vaxtda, UNRWA-ya maddi yardımı müvəqqəti olararaq dayandırdığını bildirib və Londonun oktyabrın 7-də baş verən hücumları “xain” terror kimi qınadığını qeyd edib.
Birləşmiş Ştatlar, Avstraliya və Kanada İsrailin 12 UNRWA işçisinin İsrailə hücumda iştirak etdiklərinə dair ittihamlarından sonra yardım agentliyinə maliyyəni artıq dayandrıb. Qaçqın agentliyi bir neçə işçi ilə əlaqələri kəsdikdən sonra onlarla bağlı təhqiqat açıb.
İsrailin qurulmasına gətirib çıxaran 1948-ci il müharibəsinin qaçqınlarına kömək etmək üçün yaradılan UNRWA Qəzza, İordaniya, İordaniya, Suriya və Livandakı fələstinlilərə təhsil, səhiyyə və yardım xidmətləri göstərir. O, Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən üçdə ikisinə kömək edir və hazırkı müharibə də mühüm yardım rolunu oynayıb.
Fələstinlilərin xarici işlər nazirliyi dediyinə görə, İsrailin UNRWA-ya qarşı kampaniyasını tənqid edib və HƏMAS militant qrupu “sionist düşməndən əldə edilən məlumatlara əsaslanaraq” işçilərin müqavilələrinə xitam verilməsini pisləyib.
“Biz #UNRWA-ya dəstəklərini dayandırdıqlarını elan edən ölkələri dərhal böyük siyasi və humanitar yardım riskləri daşıyan qərarlarını dəyişməyə çağırırıq, çünki hazırkı anda və fələstin xalqına qarşı davam edən aqressiya fonunda, bizim bu beynəlxalq təşkilat üçün maksimum dəstəyə və yardımı dayandırmamağa ehtiyacımız var,” Hüseyn Əl-Şeyx əvvəllər Twitter kimi tanınan X-də yazıb.
Qəzza
HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, son 24 saatda 174 fələstinli həlak olub, 310-u xəsarət alıb. Nazirliyin bildirdiyinə görə, bununla da münaqişə oktyabr ayında başlayandan bəri ümumi tələfat sayı 26 257-ə, yaralananların sayı isə 64 797-ə çatıb.
İsrail rəsmilərinin bildirdiyinə görə, HƏMAS-n oktyabrın 7-də hücumunda İsraildə 1200 nəfər ölüb, təxminən 240 nəfər girov götürülüb. Noyabr ayında əldə edilən atəşkəs zamanı 100-dən çox adam azad edilib.
Bu arada isə İsrail Qəzzanın cənubunda Xan Yunis ərazisinə zərbələr endirib. Şahidlərin dediyinə görə, İsrail ordusunun Qəzzanın cənubunda HƏMAS komandirini hədəf aldığını dediyi hava hücumunda üç fələstinli həlak olub.
İsrail ordusu qoşunları yaxınlığında partlayıcılar yerləşdirməyə çalışan ən azı 11 silahlı şəxsi və şənbə günü Xan Yunisdə əsgərlərə tüfəng və reaktiv qumbaraatanlardan atəş açan digərlərini öldürdüyü bildirib. Ordu həmçinin bildirib ki, son bir həftədə onun komandoları 100-dən çox militantı öldürüb və silah anbarlarında reyd keçirib.
HƏMAS bildirib ki, döyüşçüləri cənub-qərbdəki Xan Yunisdə İsrail tankına tank-əleyhinə raket atıb, HƏMAS-ı dəstəkləyən Fələstinli İslamçı Cihad qrupu da İsrailə raketlər atdığını və İsrail qüvvələrinə qarşı döyüşdüyünü bildirib.
Sakinlər deyir ki, İsrailin ağır hücumu və pis hava şəraiti Qəzzada didərgin düşmüş fələstinli qaçqınlara ağır zərbə vurur. Qəzza Səhiyyə Nazirliyi bildirib ki, İsrailin cənubda fəaliyyət göstərən ən böyük tibb müəssisəsi olan Nasser Xəstəxanası və Əl Amal Xəstəxanası yaxınlığında endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb.
İsrail ordusu xəstəxanaların fəaliyyət göstərdiyindən və onlara çıxışın olduğundan əmin olmaq üçün xəstəxana direktorları və tibbi heyət ilə telefonda və yerdə danışdığını deyir.
İsrail HƏMAS-ın tibb müəssisələrində və ətrafında fəaliyyət göstərdiyini deyir. HƏMAS isə bu iddianı rədd edir
ABŞ-ın girovlara dair ümidləri
Ağ Ev cümə günü Qəzzada HƏMAS tərəfindən saxlanılan geridə qalan girovların azad edilməsi üçün danışıqlarda irəliləyişə ümid bəslədiyini bildirib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, prezident Co Bayden cümə günü Misir prezidenti Əbdülfəttah əs-Sissi və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə girovların azad edilməsi üçün danışıqlar aparıb.
ABŞ mediası xəbər verir ki, müzakirələr Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) başçısı Vilyan Burns İsrail və Misirdən həmkarları, habelə Qətərin əmiri ilə qalan girovların azad edilməsi və Qəzzada İsraillə HƏMAS arasında atəşkəs əldə etmək məqsədi ilə görüşəcəyi bir vaxta təsadüf edib.
Baydenin Yaxın Şərq üzrə nümayəndəsi Brett MakQurk bölgədən geri qayıdır. Ağ Evin məlumatına görə, orada o, girovların azad edilməsini təmin etmək üçün aktiv danışıqlarda iştirak edib.
Qətər noyabrda Qəzzada ilk qrup girovlar azad ediləndən bəri danışıqlarda aparıcı rol oynayıb.
Vasitəçilər İsrail tərəfindən saxlanılan daha çox fələstinli girov və məhbusun azad edilməsinə imkan yaratmaq üçün döyüşləri dayandırmaq məqsədilə yeni atəşkəs əldə etməyə çalışırlar. Noyabrın sonunda bir həftəlik atəşkəs nəticəsində HƏMAS tərəfindən saxlanılan 100-ə yaxın girov və İsrail tərəfindən həbs edilən 240 fələstinli azad edilib.
Ancaq hələ ki, yeni atəşkəs razılığı əldə edilməyib.
Forum