Accessibility links

Silahlı şəxslər BMT-nin Qəzzada fələstinli uşaqlar üçün düşərgəsinə hücum ediblər


BMT rəsmiləri bildirirlər ki, hücumçular təşkilatın Qəzzada Yardım agentliyinin başçısı Con Gangı öldürməklə hədələləyən məktub və bir neçə güllə qoyub gediblər

BMT-nin Qəzzaya yardım məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, maskalı silahlı şəxslər Birləşmiş Millətlər təşkilatının fələstinli uşaqlar üçün yay düşərgəsinə hücum ediblər.

Con Gingin bildirdiyinə görə, silahlı şəxslər Qəzza sahili yaxınlığında salınmış düşərgədə mühafizəçəyə hücum etmiş və çadırları yandırmışlar. O, hücumu ekstremist qüvvələrlə əlaqəndirdiyini deyib.

BMT rəsmiləri bildirilər ki, hücumçular təşkilatın Qəzzada Yardım agentiyinin başçısı olan Gangı öldürməklə hədələləyən məktub və bir neçə güllə qoyub gediblər. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Bu, BMT-nin Qəzzada 250 000 fələstinli uşaq üçün incənəsət, idman və başqa sahələrdə fəaliyyətlər göstərmək üçün açdığı düşərgələrdən biridir. Həmas polisi insidenti araşdırır.

XS
SM
MD
LG