Accessibility links

Türkiyədə İrana peyk verilişləri yayımlayan şəbəkənin sahibi qətlə yetirilib


Türkiyə mediasının verdiyi məlumata əsasən, İstanbulda fars dilində peyk vasitəsilə televiziya proqramları yayımlayan şəbəkənin sahibi öldürülüb. Onunla birlikdə daha bir nəfərin də ödürüldüyü haqda məlumat verilib.

GEM TV-nin sahibi Səid Kərimiyan şənbə günü güllə ilə vurularaq qətlə yetirilib. Öldürülən ikinci şəxsin onun biznes partnyoru olduğu deyilir. Qətlin motivləri məlum deyil.

Qərargahı Dubayda yerləşən GEM TV İrana Türkiyə tele serialları və başqa əyləncə şoularını fars dilində yayımlayırdı.

Tehran GEM TV və onun kimi başqa peyk tele kanalları tənqid edərək, onların Qərb mədəniyyətini İranda yaymağa çalışmaqda ittiham edir.

İran mediasının verdiyi məlumata görə, Kərimiyan bir neçə ay bundan əvvəl qiyabi olaraq İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda ittiham olunub.

XS
SM
MD
LG