Accessibility links

ABŞ-ın təyyarədaşıyan gəmisi Hörmüz boğazından keçib


ABŞ-ın təyyarədaşıyan gəmisi çərşənbə axşamı Hörmüz boğazından keçib. Bu, Fars körfəzindəki gərginliklərin davam etdiyinə işarədir.

ABŞ gəmisi İranın iyun ayında Amerika dronunu vurmasından sonra ilk dəfə həyati mahiyyət daşıyan sulara daxil ola bilib.

Amerikanın Dəniz Donanmasının bəyanatında deyilir ki, Abraham Lincoln gəmisi boğazdan insidentsiz keçib.

Pentaqonun adının açılanmasını istəməyən rəsmisi deyib ki, ABŞ və İran əsgərlərinin mübadiləsi təhlükəsiz və peşakər səviyyədə həyata keçirilib.

Körfəzdə gərginliklər ötən yay Səudiyyə Ərəbistanının neft tankerlərinə hücumdan sonra artıb.

ABŞ hücuma görə İranı günahlandırıb. İran isə bu ittihamları rədd edib.

Dünyada neft daşınmasının beşdə bir hissəsi bu boğazdan keçir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG