Accessibility links

Xəzərdə yük gəmisində yanğın


Yanğının söndürülməsinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” gəmisi və Aviasiya dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

XS
SM
MD
LG