Accessibility links

Nadir rast gəlinən dəri xəstəliyi olan uşağın həyatını qurtaran eksperimental gen müalicəsi [Video]


Müalicəsi olmayan dəri xəstəliyindən əziyyət çəkən 9 yaşlı oğlan artıq normal həyatına geri dönüb. Buna isə gen terapiyası nəticəsində nail olmaq olub. Onun nümünəsi gen müalicəsinin nələrə qadir olduğunu göstərir.

Valideyinlərinin şəxsiyyətinin müəyyən edilməsini istəmədkiləri bu oğlan bu yaxınlaradək çox nadir rast gəlinən genetik dəri xəstəliyindən əziyyət çəkirdi. Xəstəlik səbəbilə onun bədəninin bütün hissələrində sızanaqlar və suluqlar əmələ gəlmişdi.

“O çox ağrılar çəkirdi və mənə cavab verə bilmədiyim suallar veriridi. ‘Niyə mən bu xəstəlikdən əziyyət çəkirəm’, ‘Nə üçün mən bu həyatı yaşamalıyam’ deyirdi”, deyə uşağın atası bildirir.

Onun həkimləri deyir ki, onların əllərində başqa bir çarə yox idi və o zaman oğlanın valideyinləri onlardan gen müalicəsini sınaqdan keçirmələrini istədi.

“Biz düşündük ki, bu uşaq üçün edə biləcəyimiz başqa heç nə yoxdur və ona görə də palliativ müalicə üsuluna əl atdıq. Biz bunu ailə ilə müzakirə etdik və onlar bizə əlimizdən gələni etməyimiz, nəyisə sınaqdan keçirməyimiz üçün yalvardı. Daha sonra biz professor DeLuka ilə əlaqə saxlayıb, vəziyyəti müzakirə etdik və o bizə bu uşağın bütün bədənini örtəcək dəri təklif etdi”, Ruhr Universitetindən Tobias Rotoeft söyləyir.

İtaliyalı həkim Mişel DeLukanın müalicəsi hələ də sınaq mərhələsində idi, amma o bu uşaq üçün son çarə olaraq bu müalicə üsulunu sınaqdan keçirməyə razılaşdı.

“Almaniyadakı tibbi komanda bu uşağa yardım etmək üçün əlindən gələni edib, lakin heç nə nəticə verməyib. Uşağın atası internetdə araşdırma etməyə başlayıb və cərrahlara gen müalicəsindən bəhs edib. Cərrahlar daha öncə gen müalicəsini tətbiq etməyiblər, amma aparılan sınaqlara nəzər salandan sonra mənimlə əlaqə saxlayıb, müalicəni bu uşaq üzərində tətbiq etməyimizi istədilər”, DeLuka bildirib.

Mualicə öz nəticəsini verdi. Biz buna görə çox sevinirik. Bu uşaq yenidən normal həyat yasayır. Biz bunu arzu edirdik və istəyimizə nail olduq.
Tobias Rotoeft

DeLukanın komandası uşağın dərisinin yarasız hissəsindən bir parça alıb, ona xəstəliyə səbəb olan genin daha sağlam versiyasını yeridib və oğlan üçün bir kvadart metr ölçüsündə dəri inkişaf etdirib.

Daha sonra 2016-ci ilin əvvəlindən başlayaraq üç ayrı əməliyyatda yeni dərini uşağa köçürüblər.

“Oktyabr ayında uşağın dörd ətraflarına dəri köçürməsindən sonra o özünü daha yaxşı hiss edir. İkinci dəfə belinə olunan daha böyük dəri köçürməsindən sonra dərinin regenerasiyasının oğlana böyük təsiri oldu. O dərhal sağalmağa başladı. Onun həyati parametrləri yaxşılaşdı və biz o zaman doğru yolda olduğumuzu anladıq”, deyə Regenerativ Tibb Mərkəzindən Mişel DeLuka bildirir.

“Mualicə öz nəticəsini verdi. Biz buna görə çox sevinirik. Bu uşaq yenidən normal həyat yasayır. Biz bunu arzu edirdik və istəyimizə nail olduq”, Rotoeft söyləyir.

Artıq demək olar iki il keçib və bu balaca oğlan məktəbə gedir, dərman qəbul etmir və tamamilə normal həyat sürür.

Lakin həkimlər onu yaxından izləməyə davam edəcəklər ki, dəri xərçəngi və ya başqa fəsadların olub-olmayacağını görə bilsinlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG