İstiyə dözə bilmirsinizsə, mətbəxdən çıxın. Sizi təzyiq altında yemək bişirməyi öyrənən aşpazlarla tanış edirik. Onlar Nyu-York şəhərinin ən yaxşı aşpazlarının rəhbərliyi altında ABŞ-ı dünya səviyyəsində təşkil olunan yemək bişirmək müsabiqəsində təmsil edəcək.
Bocuse d’Or kulinariya üzrə dünya çempionatıdır. 60 ölkə hər iki ildən bir Fransanın Lion şəhərində keçirilən finaldakı 24 yer uğrunda mübarizə aparır.Filip Tessier
Daniel Bulud Nyu-York şəhərinin ən yaxşı aşpazlarındandır. Onun Manhettendə yeddi restoranı var. Daniel altı James Beard mükafatı və saysız-hesabsız digər kulinariya mükafatlarına layiq görülüb. Bu gün isə o, aşpazlığı başqalarına etibar edir.
Onlardan biri 18 yaşlı Mimi Çendir. Mimi Bocuse d’Or kulinariya müsabiqəsində iştirak etmək şansını əldə etmək üçün yarışan gələcəyin aşpazlarındandır.
“Bocuse d’Or kulinariya üzrə dünya çempionatıdır. 60 ölkə hər iki ildən bir Fransanın Lion şəhərində keçirilən finaldakı 24 yer uğrunda mübarizə aparır.”
Çen ABŞ komandasında yer almaq uğrunda yarışan gənc finalçılardandır. Onları ömür boyu bir dəfə əldə olunan bu imkanla tanınmış aşpaz Daniel Bulud, Tomas Keller və Cerom Bokusun yaratdığı qeyri-kommersiya təşkilatı Ment’or təmin edir.
“Gənc aşpazlara verdiyimiz hər qrantla biz onları işdən məzuniyyətə çıxıb, başqa insanların iş yerində təcrübə əldə etmək, daha enerjili olmaq, ruhlandırılmaq imkanı ilə təmin edirik. Biz gələcək nəslin bizdən daha yaxşı olmasını istəyirik.”
Kiminsə bu yaxınlarda Nyu-Yorkda yerləşən Kulinariya Təhsili İnstitutunda toplaşan aşpazlardan daha yaxşı olmasını təsəvvür etmək çətindir, amma kulinariyaya aparan yol çox tez, gənc yaşlarda başlayır.
“Mənim 17 yaşım var idi. Mən kulinariya məktəbinə getdim və 19 yaşında oradan məzun oldum. Yəni insan özünü ən yaxşı şeylərə təşviq etməlidir. Ən yaxşı aşpazlarla işləyib, onların arasında seçilməlidir.”
Elə restoranlar var ki, orada aşpaz olmaq imkanı əldə etmək çox çətindir, ona görə də biz gənclərin istedadlarını dəyərləndirib, onlara bu imkanı yaratmağa çalışırıq.Filip Tessier
Brendan Skot hələ 20 yaşındadır, amma onun böyük planları var.
“Mən aşpaz olmaq, Bocuse-da yarışmaq, öz restoranımı açmaq istəyirəm...Mən bunların hamısını istəyirəm...amma nə olursa olsun, xəyallarımın zamanla həyata keçəcəyini düşünürəm.”
Milli Restoran Assosiasiyasına əsasən, bu il restoran sənayesində satışların 720 milyard dollar təşkil edəcəyi gözlənilir. İz buraxmaq istəyən gənc aşpazlar üçünsə, təlim çox mühümdür.
“Elə restoranlar var ki, orada aşpaz olmaq imkanı əldə etmək çox çətindir, ona görə də biz gənclərin istedadlarını dəyərləndirib, onlara bu imkanı yaratmağa çalışırıq”.
Bu imkanı Mimi Çen əldə edib. O, “Commis” peşə təlimi müsabiqəsini qazanıb. Bu isə bəlkə də təkcə onun üçün deyil, bütün kulinariya dünyası üçün bir zəfərdir.