Accessibility links

Gənc fəal 5-ci gündür acılıq aksiyasını davam etdirir


 Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

“1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Bayram Məmmədov mayın 19-da başladığı aclıq aksiyasını davam etdirir”.

Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Vəkil mayın 24-də Bayram Məmmədovla istintaq təcridxanasında görüşəcək. O Bayram Məmmədovun səhhəti ilə bağlı hələ məlumat ala bilmədiyini bildirib.

Məmmədov mayın 19-dan Bakı Apellyasiya Məhkəməsinin həbs qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərarına və Ombudsmanın işgəncəni gizlədən bəyanatına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Bakının mərkəzi rayonunda, Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Vəkillər gənclərin tutulan zaman qeyri-insani rəftar və işgəncələrə məruz qaldığını bildirib. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları fəalların həbsini qanunsuz adlandırıb.

Gənclər ittihamı qəbul etmir və məruz qaldıqları işgəncələrə hüquqi qiymət verilməsini istəyir.

Penitensiar Xidmət isə Bayram Məmmədovun aclıq aksiyası və səhhəti ilə bağlı sorğumuza hələ məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Jurnalist Nərgiz Absalamova saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:41 0:00
XS
SM
MD
LG