Accessibility links

Anarın Xamneyiyə müraciəti


Azərbaycan Yazılılar Birliyinin sədri Anar
Azərbaycan Yazılılar Birliyinin sədri Anar

Yazıçılar Birliyinin sədri İranda həbs edilmiş gənc şairlərin azad edilməsini xahiş edir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar İranın dini rəhbəri ayətullah Xamneyiyə müraciət edib. Bu barədə APA Agentliyi məlumat yayıb.
Müraciətdə deyilir: “Hörmətli ağayi Xamneyi! İki gənc şairimizin - Yazıçılar Birliyinin üzvü Fərid Hüseynin və Şəhriyar Del Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta “Heydər babaya salam” şerindən bir neçə beyt oxudunuz.
Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz”, - deyə Anar qeyd edir.
Fərid Hüseyn və Şəhriyar Del Gerani dəvət ilə bu il aprelin 29-da İranda şer festivalında iştirak edib. Hər iki şair Tehrandan Təbrizə gəlib və orada mayın 2-də naməlum mülki geyimli şəxslər tərəfindən saxlanıb. İran tərəfi şairlərin saxlanmasını bu günlərdə təsdiq edib, lakin onların nədə günahlandırıldığını bildirmir. Azərbaycan Xarici İşlər Nazirliyi şairlərin nədə günahlandırılması, onlarla görüş üçün imkan yaradılması ilə bağlı çoxsaylı nota ilə çıxış edib. Lakin notalara cavab verilmir.
Şairlərin tutulması yerli ictimaiyyətin və beynəlxalq hüquq müdafiə təşkilatlarının kəskin etirazına səbəb olub. Azərbaycanda şairlərin hüquqlarını ictimai müdafiə komitəsi təsis edilib.
XS
SM
MD
LG