Accessibility links

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb


“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb

Noyabrin 24-də ABŞ Beynəlxalq İnkişaf agentliyi (USAİD) vasitəsilə Amerika Birləşmiş Ştatları, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verİB. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Açılış konfransında ABŞ səfirinin müavini Vilyam Gill, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai çıxış edib.

Hicran Hüseynova qadın və qızların səlahiyyətləndirilməsində, eləcə də həyatlarında müsbət dəyişikliklərin baş verməsində kampaniyanın vacib rolunu vurğulayıb.

“Gender əsaslı zorakılıqla mübarizə istiqamətində çox iş görülüb, lakin hələ də qarşımızda görüləsi işlər var. Zorakılıq faktına görə hər birimiz məsuliyyət hiss etməliyik. Qeyd etmək lazımdır ki, bütün dünyada insanlar gender əsaslı zorakılıqla mübarizə aparmağa, mövcud olan stereotipləri dəyişməyə, qanunvericiliyi təkmilləşdirməyə və imkanları genişləndirməyə çalışırlar. Bu istiqamətdə müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli fəaliyyətin gücləndirilməsinə xüsusi önəm verilir”, Hicran Hüseynova qeyd edib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai gender əsaslı zorakılığın mənfi təsirini aradan qaldırmaq üçün dövlət qurumları və beynəlxalq inkişaf agentlikləri arasında əməkdaşlığın rolunu xüsusi qeyd edib.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası başlayıb

"Qadınlara qarşı zorakılıq qadınların sağlamlığına, təhsilinə və ictimai həyatda iştirak etməsinə təsir etməklə yanaşı, eyni zamanda sağlamlıq və hüquqi xidmətlərin göstərilməsindən, məhsuldarlığın itkisindən və zorakılıq törədənlərin cəzalandırılmasından irəli gələn xərclərlə milli iqtisadiyyata ciddi ziyan vuran insan hüquqları pozuntusudur", İshaqzai bildirib.

ABŞ səfirinin müavini Uilyam Gill deyib ki, gender əsaslı zorakılıq təkcə qadınların və qızların sağlamlığına, ləyaqətinə və təhlükəsizliyinə təsir etmir, o həm də bütün cəmiyyətləri təhdid edir.

“O, zorakılıq dövrünü şiddətləndirir və iqtisadi inkişafa mane olur. Biz yalnız zorakılığa qarşı ayağa qalxdıqda və dözülməz olana artıq dözmədikdə zorakılığa son qoyula bilər. Bizim analarımız, bacılarımız, qızlarımız və qız dostlarımız tam qiymətləndirildikdə və cəmiyyətdə tam şəkildə iştirak edə bildikdə zorakılıq bitə bilər”, o qeyd edib.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG