Accessibility links

Gürcüstanda Avropa İttifaqına dəstək və hökumətin istefası tələbi ilə yeni kütləvi mitinq keçirilib


Gürcüstanda bazar günü Avropa İttifaqına üzvlüyə namizədliyini rəsmi şəkildə təmin edə bilmədiyi üçün hökumətin istefaya getməsini tələb edən yeni kütləvi mitinq keçirilib.

Avropa İttifaqı liderləri iyun ayının sonunda geniş siyasi islahatlar həyata keçirilənə qədər Tbilisinin üzvlük müraciətini təxirə salmaq qərarına gəldikdən sonra ölkə kütləvi etirazlara səhnə olub.

İyunun 20-də azı 120 min insanın küçələrə çıxdığı onilliklər ərzində ən böyük nümayişlər aparıcı demokratiya tərəfdarı qruplar tərəfindən təşkil edilir və müxalifət partiyaları tərəfindən dəstəklənir.

Franse Press xəbər agentliyinin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bazar günü axşam saatlarında 35 mindən çox nümayişçi Gürcüstan parlamentinin qarşısına toplaşaraq, paytaxtı Tbilisinin əsas magistral yolunda nəqliyyatın hərəkətinə mane olub.

Gürcüstan və Avropa İttifaqının bayraqlarını dalğalandıran nümayişçilər dövlət himnini oxuyub və çoxlarının əlində “Biz Avropayıq” yazılmış plakatlar olub.

Mitinqin təşkilatçılarından biri, görkəmli yazıçı və ictimai fəal Laşa Buqadze izdiham qarşısında “Bizim nümayişimiz Gürcüstanın Avropaya inteqrasiyası kimi tarixi məqsədinə həsr edilib” deyib.

Hökumət müxalifəti “hökumət əleyhinə mitinqlər təşkil etməklə hakimiyyəti devirmək planlarında” ittiham edib.

Mitinq təşkilatçıları Facebook-da daha əvvəl ölkənin hakim partiyasının qurucusu Bidznia İvanişvilini “icraedici hakimiyyətdən imtina etməyə və onu konstitusiyaya uyğun olaraq milli birlik hökumətinə təhvil verməyə” çağırıb.

Yeni kabinet “Avropa İttifaqının tələb etdiyi islahatları həyata keçirəcək və bu, bizə avtomatik olaraq ittifaqa üzvlüyə namizəd statusunu qazandıracaq” - deyə, bəyanatda bildirilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib ki, onun hökuməti “namizəd statusunu mümkün qədər tez əldə etmək məqsədilə” Avropa İttifaqının tələblərini vaxtında yerinə yetirmək üçün “səfərbər olunub” .

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG