Accessibility links

Almaniya kansleri Avropa İttifaqını Şimali Makedoniya və Albaniya ilə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb


Almaniya kansleri Olaf Şolz və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski. Skopye. 11 iyun1, 2022.
Almaniya kansleri Olaf Şolz və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski. Skopye. 11 iyun1, 2022.

Almaniya kansleri Olaf Şolz şənbə günü, bölgəyə səfərinin ikinci günündə bildirib ki, Avropa İttifaqı Qərbi Balkanların inteqrasiyası ilə bağlı verdiyi öhdəlikləri yerinə yetirmək üçün Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarına başlamalıdır.

Skopyedə çıxış edən Şolz deyib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Avropanın birlik olmasını zəruriləşdirib. O həmçinin Şimali Makedoniyanın Kremlə qarşı sanksiyalara dəstəyini alqışlayıb.

“Bu prosesə yeni dinamika qatmaq çox vacibdir,” Şolz Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə birgə mətbuat konfransında deyib.

“Mən növbəti addımların atılmasını müdafiə edəcəm,” o deyib.

Albaniyanın və Yuqoslaviyanın dağılmasından və 1990-cı illərdə ba verən etnik müharibələrdən sonra yaranan ölkələrin Aİ-yə qoşulmasını dəstəkləyənlər deyir ki, bu, regiondakı gərginliyi azaldacaq, Çin və Rusiyanın artan nüfuzunu aradan qaldıracaq, yaşayış standartların artıracaq.

Dörd ölkə - Serbiya, Monteneqro, Şimali Makedoniya və Albaniya - artıq namizəd statusuna malikdir, baxmayaraq ki, sonuncu ikisi üzvlük danışıqlarına başlamayıb. Ümumi proses son illərdə Aİ-nın genişlənməsinin doğru olub-omadıına dair şübhələr səbəbilə dayanıb.

Kovaçevski Şimali Makedoniyanın 27 üzvlük bloka qoşulmaq üçün “çox sayda çəti islahatlar” etdiyini vurğulayıb. Buna Yunanıstanın etirazlarına cavab olaraq ölkənin adını dəyişməsi daxildir.

Hazırda isə ən böyük əngəl Bolqarıstanla tarix və dil üzərində olan mübahisədir.

Qərbi Balkan ölkələrinə səfəri zamanı özünü vasitəçi olaraq təqdim edən Şoltz şənbə günü Sofiaya səfər edir və orada Bolqarıstanın baş naziri Kiril Petkov ilə danışıqlar aparacaq.

Kansler regional gərginlikləri azaltmaq və Rusiya ilə Çinin təsirilə qarşı çıxmaq məqsədilə Qərbi Balkan ölkələrinin Aİ-na qoşulmasını xarici siyasət prioritetinə çevirib.

O, cümə günü Serbiya və 2008-ci ildə Belqraddan müstəqilliyini elan edən Kosovaya səfər edib. Orada o, liderləri münasibətləri normallaşdırmaq üçün razılıq əldə etməyə çağırıb.

XS
SM
MD
LG