Accessibility links

Almaniya Ukraynaya €1,3 milyard hərbi yardım ayırır


Dörd əlavə IRIS T-SLM hava hücumundan müdafiə sistemi, eləcə də artilleriya sursatları da daxil olmaqla Ukraynaya €1,3 milyard avroluq əlavə hərbi texnika nəzərdə tutulub.

Rusiyanın pilotsuz təyyarələri və raketlərinin vurulması üçün Ukraynanın IRIS-T hava hücumundan müdafiə sistemlərinə böyük ehtiyacı var.

Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük hərbi texnika tədarükçüsüdür.

Almaniyanın vəd etdiyi son dörd sistem artıq Rusiya işğalının əvvəlindən Berlinin Kyivə təhvil verəcəyini vəd etdiyi IRIS-T sistemlərinin 3-cü partiyasıdır.

1-ci partiyadan üç IRIS-T sistemi artıq çatdırılıb, dördüncüsü bu qış veriləcək. Dörd IRIS-T-nin ikinci partiyası 2024-cü ildə çatdırılacaq.

Yeni yardım paketinə həmçinin 20 min 155 mm-lik artilleriya mərmisi və tank əleyhinə minalar daxildir.

"Əminəm ki, bu, Rusiya təcavüzü ilə mübarizəyə yardım edəcək. Bu, Ukraynanı davamlı və etibarlı şəkildə dəstəklədiyimizi vurğulayır" - deyə, Almaniyanın müdafiə naziri Pistorius Kyivvdə jurnalistlərə bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius Kyivə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin səfərindən bir gün sonra gedib.

Hər iki şəxs uzun, soyuq və qeyri-müəyyən olacağı gözlənilən qış dövründə ölkələrinin Ukraynaya yardım edəcəyini deyib.

Almaniya Kyivə ABŞ-dan sonra ikinci ən böyük hərbi yardım təchizatçısıdır.

Pistoriusun Ukraynaya ikinci səfəri 2013-cü ilin noyabrında ölkədə Demokratiya tərəfdarının etiraz mitinqlərinin anım mərasimi zamanı olub.

"Mən yenə də buradayam. İlk növbədə ona görə ki, daha çox dəstək vəd etmək, eləcə də həmrəyliyimizi və dərin bağımızı, burada aparılan mətin, cəsarətli və baha başa gələn mübarizəyə heyranlığımızı ifadə etmək üçün buradayam" - deyə, Kyivdəki Maydana gül dəstəsi qoyan Pistorius bildirib.

Çərşənbə axşamı etdiyi çıxışında Ukrayna prezidenti Volodimir Zelenski aylarla davam edən 2013-cü il nümayişlərini bu gün Rusiya ilə müharibə ilə əlaqələndirib.

"On il əvvəl insanlar təkcə nəyəsə qarşı deyil, ilk növbədə özləri üçün birləşdilər. Hər kəs hamı üçün," deyə Zelenski bildirib.

"Döyüşmək əvəzinə sussaq, olanları udsaq və qorxsaq, necə olacaq? Və əslində o zamankı qələbə bugünkü müharibənin ilk qələbəsi oldu. Biganəliyin qələbəsi. Cəsarətin qələbəsi. Ləyaqət qələbəsi" Zelenski deyib.

Forum

XS
SM
MD
LG