Accessibility links

Almaniya prezidenti Kyivə gözlənilməz səfər edib


Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabr 25-də Kyivə gözlənilməz səfər edib. Bu barədə onun sözçüsü məlumat verib. Kyivə qatarla gedən Ştaynmayer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Bu, Ştaynmayerin Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Kyivə ilk səfəridir. Bundan öncə isə o daha iki dəfə oraya səfər etməyə cəhd edib. Steinmayer ötən həftə Ukraynaya planlaşdırılan səfərini təhlükəsizlik səbəblərindən dolayı təxirə salmışdı.

Almaniya prezidenti həmçinin aprel ayının ortalarında Litva, Polşa, Latviya və Estoniya prezidentləri ilə birlikdə Kyivə səfər etməyi planlaşdırsa da, səfərdən qısa müddət öncə ona gəlməməsi bildirilmişdi.

Həmin zaman Kyiv bu qərarı Ştaynmayerin Moskva ilə olan əlaqələri və Almaniyanın baş naziri vəzifəsində ikən ölkəsinin Şərqi Avropadakı qonşularından Rusiyanın təcavüzü təhlükəsi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymaması səbəbilə bağlı davamlı tənqidlər fonunda vermişdi.

Ştaynmayer həmçinin Rusiyanın işğalından bir neçə gün öncə Ukraynaya hərbi yardım olaraq 5000 dəbilqə təklif etməklə Kyivi qəzəbləndirmişdi. Ştaynmayer daha öncə Rusiyaya qarşı “yumşalma” siyasətini təbliğ edirdi, ancaq Moskvanın hərbi müdaxiləsindən sonra bu siyasətin səhv olduğunu etiraf etdi.

Almaniya daha sonra Ukraynanı ağır silahlarla təmin etməyə başlayıb.

XS
SM
MD
LG