Almaniya və 1972-ci il Münhen Olimpiadasında öldürülən israilli idmançıların ailələri 28 milyon dollar məbləğində təzminat təklifi barədə razılığa gəliblər.
Keçən ay ailələr Almaniyanın son təzminat təkliflərindən narazı olduqlarını və etiraz əlaməti olaraq bazar ertəsi Münhendə hücumun 50-ci ildönümü ilə bağlı mərasimi boykot etməyi planlaşdırdıqlarını bildirmişdilər.
Sözçü bildirib ki, federal hökumət 22,5 milyon dollar verəcək, 5 milyon dollar Bavariya əyalətindən, 500 min dollar isə Münhendən gələcək.
5 sentyabr 1972-ci ildə İsrailin olimpiya komandasının üzvləri zəif təminatlı idmançılar kəndində radikal Qara Sentyabr qrupundan olan fələstinli silahlılar tərəfindən girov götürülmüşdü.
24 saat ərzində 11 israilli, 5 fələstinli və bir alman polis qarşıdurma və sonradan atışma ilə nəticələnən xilasetmə əməliyyatı nəticəsində həlak olmuşdu.