Accessibility links

Almaniyada ifrat sağçıların çevriliş cəhdində şübhəli bilinən 3 nəfər saxlanılıb


Almaniyanın federal prokurorluğu çərşənbə axşamı bildirib ki, kriminal polislər Reichsbuerger və ya Reich Citizens hərəkatının ölkə hökumətini devirmək planı ilə əlaqəsi olan daha üç ifrat sağçı ekstremist şübhəlini saxlayıb.

Almaniyanın məxfilik qaydalarına uyğun olaraq Yohanna F.-J., Hans-Yoaxim H. və Steffen V. kimi tanınan üç şübhəli bazar ertəsi axşam Baden-Vürtemberq əyalətinin cənub-qərbində saxlanılıb.

Prokurorluğun bəyanatında deyilir ki, müttəhimlər terror təşkilatına üzv olmaqda şübhəli bilinir.

Dekabr ayında Almaniya polisi hökumətin zorakılıqla devrilməsi cəhdində günahlandırılan 25 nəfəri, o cümlədən özünü şahzadə, təqaüddə olan desantçı və keçmiş hakimi saxlayıb.

Reich Citizens hərəkatının tərəfdarları Almaniyanın müharibədən sonrakı konstitusiyasını rədd və hökumətin devrilməsini tələb edir. Səlahiyyətlilər bazar ertəsi axşam saatlarında həbs edilən üç nəfərin dövlət çevrilişinə cəhddə şübhəli bilinənlərlə müxtəlif yollarla əlaqəli olduğunu bildirib.

Yohanna F.J.-nin 2022-ci ilin may ayından etibarən assosiasiyada fəaliyyət göstərməsində, rəhbərlik üzvləri ilə bir neçə görüşdə iştirak etməkdə şübhəli bilinir. Həmin görüşlər zamanı qrupun məqsədləri və təşkili müzakirə olunub. Bundan əlavə, o, Rusiyanın baş konsulu ilə əlaqə saxlamağa çalışıb və daha sonra onunla iki dəfə görüşüb. Prokurorların fikrincə, danışıqlar assosiasiyanın hərəkətlərinə dəstək əldə etmək məqsədi daşıyıb.

Hans-Yoaxim H. qrupa 151 000 dollardan çox maliyyə töhfəsi verərək, əvvəldən qrup üçün fəal olmaqda şübhəli bilinir. Bundan əlavə, o, sui-qəsd görüşlərində, yeni üzvlərin cəlb edilməsi tədbirlərində və sözdə sponsor görüşlərində fəal iştirak edib.

Steffen V. assosiasiyaya 2022-ci ilin iyul ayından qoşulmaqda və hərbi zabit funksiyasını üzərinə götürdüyü sözdə daxili təhlükəsizlik şirkətində aparıcı rol oynamaqda şübhəli bilinir. Təqsirləndirilən şəxsin bir neçə koordinasiya iclasında iştirak etdiyi iddia edilir.

Prokurorluq bildirib ki, onun vəzifəsi məsul olduğu sahə üzrə kadrlar toplamaq və onlara hərbi təlim vermək olub.

Almaniyanın təhlükəsizlik agentlikləri son illərdə kritik infrastruktura, hökumət rəsmilərinə və hətta milli parlamentə hücumlar planlaşdırmaqda günahlandırılan Reich Citizens hərəkatı ilə əlaqəli kiçik qrupların bir neçə planını pozub. Bu planların nə qədər irəli getdiyi bəlli olmasa da, səlahiyyətlilər iddia edilən sui-qəsdçilərin silah əldə etmələri, hakimlər və polis məmurları kimi adətən təhlükəsizlik orqanlarının radarında olmayan insanların olması ilə bağlı həyəcan təbili çalır.

XS
SM
MD
LG