Accessibility links

Almaniya səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına müvəqqəti sığınacaq verməyə hazırdır


Almaniyanın bir sıra nazirliklərinin bildirdiyinə görə, Almaniya səfərbərlikdən yayınan Rusiya vətəndaşlarına müəyyən şərtlər əsasında müvəqqəti sığınacaq verməyə hazırdır.

Bloomberg xəbər agentliyi Almaniyanın daxili işlər naziri Nensi Fezerin "Frankfurter Allgemeine Sonntagszeitungə müsahibəsində Almaniyanın Rusiyadan olan qaçqınları qəbul etməyə hazır olduğunu, lakin siyasi sığınacağın ölkə polisi tərəfindən yoxlamadan keçən şəxslərə verilə biləcəyini dediyini bildirib.

"Ciddi repressiyalarla məruz qalanlar Almaniyada beynəlxalq müdafiəni ala bilər. Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü ciddi təhlükəyə atan hər kəs siyasi təqiblərə görə Almaniyaya sığınacaq üçün müraciət edə bilər", Fezer bildirib.

Nazir, həmçinin xatırladıb ki, Almaniya artıq jurnalistlər də daxil olmaqla, 438 rusiyalı dissidentə müvəqqəti sığınacaq verib.

Almaniyanın ədliyyə naziri Marko Buşman da Ukraynada hərbi əməliyyatlarda iştirak etmək istəməyən rusların səmimi qarşılayacaqlarını vəd edib.

"Belə görünür, bir çox rus vətənlərini tərk edir. Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada yaxşı qarşılanacaq" - deyə, o, tvitter səhifəsində yazıb.

Bundan əvvəl Almaniya Bundestaqının parlament fraksiyasının, "Yaşıllar" və "Azad Demokratiya Partiyası"nın deputatları hökumətini səfərbərlikdən qaçan ruslara sığınacaq verməyə çağırıb.

"Putin rusdillilər üçün ən böyük təhlükədir. Biz Rusiyadan Putinin səfərbərliyindən qaçanları qorumalı və onları müvəqqəti sığınacaqla təmin etməliyik", "Yaşıllar Partiyası"nın deputatı bildirib.

Sentyabrın 21-də Prezident Vladimir Putin Rusiyada səfərbərlik elan edib. Fərman Kremlin saytında dərc olunub. Prezident bunu qismən adlandırıb, lakin fərmanda heç bir parametr göstərilməyib.

Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, orduya 300 min nəfər çağırılacaq. Bununla belə, səfərbərlik haqqında fərmanın 7-ci bəndi məxfidir və Avropadakı "Novaya qazeta" prezident administrasiyasındakı mənbəyə istinadən bildirdiyinə görə, bu fərman çərçivəsində orduya bir milyona qədər insan çağırıla bilər.

Bir gün əvvəl Dövlət Duması Cinayət Məcəlləsinə təcili olaraq, orduda döyüşməkdən imtina edən vətəndaşlar üçün cəzanı nəzərdə tutan dəyişiklikləri qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG